TELEFON

(+99450) 500-65-15 (+99450) 500-65-25

İŞ SAATLARI

09:00-16:00

ÜNVAN

Nəsrəddin Tusi adına Klinika

Ağciyər reabilitasiyası

Ağciyər reabilitasiyası xroniki ağciyər xəstəliklərində müalicənin bir hissəsi olaraq qəbul edilir. Ağciyər reabilitasiyası simptoma bağlı, multidisiplinər və əhatəli bir müdaxilədir.
Ağciyər reabilitasiyasının faydaları.
• Ağciyər reabilitasiyası nəfəs darlığı (dispnoe), həyat keyfiyyəti və psixoloji vəziyyətdə düzəlmə təmin edir.
• Ağciyər xəstələrində ağciyər reabilitasiyası təsirlidir, bu zaman daha az maliyyət sərf olunur.
• Üç aylıq reabilitasiya proqramı ağciyər funksiyalarını düzəldir. Ancaq bu faydalar 12-18 ay içərisində dərəcəli olaraq azalır. 3 aydan artıq ağciyər reabilitasiyası faydası qısa olanlara görə daha uzun davam edir.
• AXOX xəstələri üçün həm aşağı, həm də yüksək sıxlıqlı məşq təhsili kliniki olaraq faydalıdır.
• AXOX xaricindəki xroniki tənəffüs xəstəliyi olan xəstələrdə də ağciyər reabilitasiya faydalıdır.
Ağciyər reabilitasiyası məqsədi.
• Daha asan nəfəs alıb vermək.
• Daha aktiv olmaq.
• Daha yaxşı bir həyat keyfiyyətinə sahib olmaq.
• Gücü və davamlılığı artırmaq.
• Gündəlik həyat fəaliyyətlərini edə bilmək.
• Rahat səyahət etmək.
• Xəstəliyin alovlanmasını və xəstəxanaya yatış sayını azaltmaq.
• İşinə geri dönmək.
• Ürək sıxıntısı və depresiyanı azaltmaq.
• Həyat keyfiyyətini yüksəltmək.
Ağciyər Reabilitasiyası müddətində xəstənin təzyiqi,nəbzi,qanda oksigen səviyyəsi və EKQ müayinəsi ilə ürək fəaliyyəti daim nəzarətdə olur.
Ağciyər Reabilitasiyası astma,emfizema,bronxit, bronxoektaz və başqa xəstəliklərdə tətbiq olunur.

Leave a Comment

(0 Comments)

Your email address will not be published. Required fields are marked *