TELEFON

(+99450) 500-65-15 (+99450) 500-65-25

İŞ SAATLARI

09:00-16:00

ÜNVAN

Nəsrəddin Tusi adına Klinika

Koksiqoniya

Koksiqoniya – büzdüm sümüyündəki ağrı deməkdir.
Büzdüm – omba sümüyünə birləşən kiçik sümükdür, bununla onurğa sütunu qurtarır. Onurğa beyni ona qədər çatmır, lakin büzdümün ətrafında sinir lifləri vardır.
Səbəbləri:
– Travmalar- sarğının üzərinə hansısa bərk əşya dəydikdə, büzdüm üstünə yıxıldıqda baş verə bilər.
– Onurğanın osteoxondrozu.
– Uzun müddət büzdüm üstündə oturmaq.
– Düz bağırsağın xəstəlikləri ( hemorroy, anal çatları, şişlər), sidik kisəsi xəstəlikləri ( sistit, şişlər), ginekoloji xəstəliklər ( iltihab, uşaqlıq şışləri) də buna səbəb ola bilər.
Əlamətləri:
Yaranma səbəbindən asılı olamayaraq büzdüm nahiyəsində güclü ağrılar olur. Ayağa durduqda ağrı daha da güclənir. Vaxt keçdikcə bir qədər də ağrı artır.
Siz nə edə bilərsiniz:
Bu zaman travmatoloqa və ya fizioterapevtə müraciət etmək lazımdır.

Belini əyri saxlayanların nəzərinə!

Daha yaxşı bir duruş, sağlam bir kürək və nəfəsə sahib olmaq istəyirsinizsə,bunları edin.
-Nəfəs hərəkəti
Kürəyiniz düz, qarnınızı geri çəkmiş vəziyyətdə yerdə bardaş qurub oturun. Çiyinlərinizi arxaya çəkərək kürək sümüklərini bir-birinə yaxınlaşdırın. Nəfəs alıb verin, ancaq nəfəs zamanı qarın hərəkət etməməlidir. Sadəcə döş qəfəsindən nəfəs alıb verməlisiniz.
-Çiyin hərəkətləri
Əllərinizi və ayaqlarınızı önə doğru yerə qoyun. Ombanızı mümkün olduqca yuxarı qaldırın. Əllərinizlə yerə möhkəm basaraq başınızı aşağı əyib çiyinlərinizi geriyə itələyin.
-Onurğanı düzəltmə hərəkəti
Ayaqlarınızı birləşdirib dik durun. Ombanızı sıxın, qarnınızı geri çəkin, sinənizi gərin və çiyinlərinizi geriyə itələyin. Belə vəziyyətdə sinənizdən nəfəs almağa çalışın.
Yerə oturub ayaqlarınızı birləşdirin və uzadın. 90 dərəcə vəziyyətində durun. Əllərinizi yerə qoyub iki tərəfdən yerə möhkəm basın. Sinənizi gərin.
-Doğru oturuş şəkli
Stol arxasında oturarkən kürəyiniz düz, qarnınız içəridə, sinəniz dartılı, kürək sümükləriniz bir-birinə yaxın olmalıdır. Bədəniniz 90 dərəcə olmalıdır.

Onurğa sütununu düzəldən sadə məşq!

Onurğa sütununun əyriliyi son illərdə olduqca geniş yayılmış haldır. Bu problemi həm idman məşqləri, həm də tibbi yollarla bərpa etmək mümkündür.
İdman sayəsində onurğa sütununda yaranmış xoşagəlməz ağrılardan qısa müddətdə xilas ola və nəhayət ideal qamətə sahib ola bilərsiniz. Bu, xüsusilə oturaq həyat tərzi yaşayanlar və ya ofisdə xeyli vaxt kompüter qarşısında oturan insanlar üçün aktualdır.
Çıxış vəziyyəti.
Qarnı üstə dümdüz uzanın və alnınızı yerə qoyun. Əllərinizi ombalara doğru sıxın. Dirsəkləri düz saxlayın, ayaqları bir-birinə yapışdırın.
Nəfəs alın.
Əllərin və ayaqların vəziyyətini dəyişməmək şərti ilə əvvəlcə başınızı, ardıcıl olaraq sinəni yuxarı qaldırın.
Nəfəs verin.
Bədəni və başı yavaş-yavaş aşağı salın. Bu hərəkəti 10 dəfə təkrar edin.
Həftədə cəmi 3 dəfə bu tapşırığı yerinə yetirərək siz onurğa əzələləri, qarın və yanları möhkəmləndirəcəksiniz. Bütün bunlar daxili orqanlarının işinə də müsbət təsir göstərəcək və siz özünüzü daha yaxşı hiss edəcəksiniz.

Siyatalgiya zamanı fizioterapiya

Siyatalgiya və ya siyatik xəstəliyi; dördüncü və beşinci lumbar vertebra arasından çıxan siyatik adlı, orqanizmin ən qalın sinirində görülən və qalçadan dabana qədər hiss edilən ağrılı xəstəliyə verilən addır. Sinirlərdə olan bu ağrıya səbəb bel fəqərələrində sürüşmələr və ya oynaqda olan iltihabdır. Siyatik ağrı iki yolla özünü göstərir. Ya davamlı yüngül ağrıdır,ya da arada bir gələn şiddətli ağrıdır.
Siyatik xəstəlik istirahət və müəyyən hərəkətlərdən qaçınmaqla müalicə olunur. Dərman terapiyası, isti soyuq tətbiqlər, fizioterapiya üsulları əsas müalicə metodlarıdır. Bəzi hallarda əməliyyatda tətbiq olunur. Tətbiq olunacaq müalicə xəstəliyin əsas vəziyyətinə görə formalaşır. Əsas səbəb aradan qaldırılmadığı təqdirdə, effektiv nəticə gözlənilmir. Diaqnodan sonra edilən ilk şey, müvafiq dərman vermək və yataq istirahətini tətbiq etməkdir. Daha sonra isti havuz, masaj, hidroterapiya, elektroterapiya, manual terapiya və məşq terapiyası kimi texnika fizioterapistlər tərəfindən tətbiq edilir. Müalicə üsulları ilə 6 ay ərzində yaxşılaşma görülür.

Siyatelgiya

Siyatelgiya zamanı məsləhətlər.
-Qarın əzələlərini gücləndirərək, belinizə düşən yükü azalda bilərsiniz. Bunun üçün gündə 20-30 məkik hərəkəti təsirli ola bilər.
-Ağır qaldırmaqdan çəkinin, yük qaldırmaq məcburiyyətində olduğunuz vəziyyətlərdə dizləri bükərək yükünüzü götürün və yükü mümkün qədər gövdənizə yaxın tutun.
-Uzun müddət ayaq üstə durmadan və ya oturmaqdan qaçının. Uzun müddət oturmaq lazımdırsa, müəyyən bir fasilələrlə durun və bir neçə addım atın.
-Yatarkən belinizin altına bir yastıq qoyun və ya yan üstə yatmağa çalışın.
-Kresloya oturun və irəli doğru əyilin, bu bel əzələlərinizin gərilməsini təmin edəcəkdir.
-Yüksək dabanlı ayaqqabılar geyinmək bədənin ağırlıq mərkəzini önə doğru çəkdiyi üçün belinizə düşən yük artıracaqdır, yüksək dabanlı ayaqqabılar geyinməkdən çəkinin.

Ankilozlaşan spondilit zamanı fizioterapiya

Spondilit sözü onurğa iltihabı deməkdir; ankiloz sözü isə iki sümüyün qaynaşaraq tək bir sümük halına gəlməsi deməkdir. Olduqca nadir görülməsinə baxmayaraq Ankilozlaşan spondilit son dərəcə əhəmiyyətli bir xəstəlikdir, çünki ümumiyyətlə başqa hər hansı bir sağlamlıq problemi olmayan gənc kişilərdə müşahidə olunur.
Xəstəlik gövdə, kürək, boyun, omba, qabırğa və çiyinlərdə ağrı və spazmlara səbəb olur. Ankilozlaşan spondilitli xəstələrdə önə əyilmiş vəziyyətdə dayanmağa meylilik meydana gəlir. Vaxt keçdikcə müalicə edilməyən xəstələrin onurğaları bir-biri ilə qaynaşır və tək bir sümük kimi görünür; son dərəcə sərt və qatılaşmış bir onurğa meydana gəlir. Bu vəziyyət qolların və sinənin hərəkətlərini maneə törədə bilər.
Müalicənin məqsədi; oynaq ağrılarını azaltmaq və onurğada meydana gələn və ya gələ biləcək ziyanları gecikdirmək.
Əgər xəstənin sinirlərində bir zədə meydana gəlibsə və ya oynaq zədələnməsi çox ciddidirsə əməliyyat edilir.
Əgər düzgün duruş və tənəffüs məşqləri edirsinizsə rahatlıqla normal bir həyat qura bilərsiniz. Fizioterapiya və məşq müalicənin əsasını təşkil edir.
Üzmə, sizin üçün ən yaxşı idman növlərindən biridir. Tez-tez üzün.
Kürəyinizə və belinizə yük gətirəcək hərəkətlərdən və zədələrə səbəb ola biləcək idmanlardan uzaq durun.
İsti su duşları (termal) və isti mühitdə ediləcək masajlar ağrılarınızı azaldar.Düz bir zəmində kürək üstü və yastıksız yatın (və ya çox incə bir yastıq istifadə etmək olar).
Bu xəstəliyin tam müalicəsi yoxdur. Ankilozlaşan spondilit həyat boyu sürəcək bir problem olduğu üçün onunla yaşamağı öyrənməlisiniz. Arada şiddətli dövrlər ola bilər, ancaq bunların zamanla azala biləcəyini unutmayın. Müalicə və baxım sizin normal bir həyat sürmənizi təmin edəcək.

Osteoxondroz zamanı nə kimi tədbirlər alına bilər?

Onurğada problem çıxması çiyin, kürək və bel əzələlərinin vəziyyətinə çox bağlıdır, çünki əzələlər möhkəm güclü olduqca onurğalara düşən yükdə azalar.
1-) İş yerində bant və ya masa başında çalışarkən beli çox məcbur etmədən iş imkanı nizamlanmalıdır.
2-) Çox kilolar onurğalar üçün çox böyük ağırlıq meydana gətirər, bu səbəblə çox kilolardan qaçınılmalıdır.
3-) Kürsüyə oturunca doğru oturmaq gərək həddindən artıq önə, yanlara və ya arxaya sallanmaq belə zərər verə bilər.
4-) Ağır yükləri qaldırmamalı və ya parça parça qaldırmalıdır.
5-) Ağır yükü qaldırarkən qətiliklə qıçları düz tutaraq əyilib qalxılmalıdır.
6-) Daşınan yükün tək tərəfli daşınmaması lazımdır.
7-) Yükün mümkün olduqca bədənə yapışıq daşınması daha uyğundur.

Skolioz

Skolioz – onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir.
Azərbaycanda təxminən hər min nəfərdən 10-u skolioz xəstəliyindən əziyyət çəkir. Üstəlik bu xəstəlik adətən vaxtında təyin olunmur və insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. İndiyədək bu xəstəliyin nisbətən yüngül formaları yəni onurğanın az Azərbaycanda əməliyyat olunsa da daha böyük əyriliklərdə xəstələr əməliyyat üçün xarici ölkələrə göndərilirdilər. Sümüklərin deformasiyası vaxtında əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq özünü göstərməyə başlayır
Kalsium çatışmamazlığı bir çox xəstəliklərə yol açır.Buda ən çox uşaqlarda və 18-25 yaş arası insanlarda rast gəlinir.Daha çox rast gəldiyim SKOLİOZDU.Skolioz- onurğa sütünunun yanlara əyilməsi olub, daxili orqanların funksiyasının pozulması ilə müşahidə oluna bilər.Skolioz onurğa sütünunun özü oxu ətrafında fırlanması ilə xarakterizə olunub, döş qəfəsinin, çanağın və kürək sümüklərinin də qeyri-simmetrik yerləşməsinə səbəb olur. Təbii olmayan skelet quruluşu isə öz növbəsində, daxili orqanlara, damar və sinirlərə toxunaraq onların funksiyasını poza bilər.
Üzgüçülüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri də aradan qaldırır. bel, döş və döş-bel səviyyələrində ola bilər.Səbəbinə görə miopatik(əzələ zəifliyi nətivəsində inkişaf edən), displastik (skelet sisteminin qeyri-düzgün inkişafı nəticəsində yaranan) və ideopatik (səbəbi müəyyən edilməyən) növlərə də bölürlər.ı gedən digər xəstəliklərSkolioz travmanın nəticəsi olaraq və ya onurğa sütünuna düşən yükün düzgün paylaşmaması səbəbindən də yarana bilər.
1.Güclü zədələr.
2.Onurğanın sınması.
3.Beli əyri tutaraq gündəlik yerimə vəziyyəti.
4.Kompyuter qarşısında boyunu əyri vəziyyətdə saatlarla oturma qaydaları.
5.Ağır çantaları yalnız bir çiyində saxlamaq.
6.Zəif fiziki bədən.
Skolioz əsasən iki formadan ibarətdir
1. Sadə
2.Mürəkkəb.
Skoliozun müalicəsi ilə ortoped-travmatoloq məşğul olur. Yüngül dərəcəli skolioz konservativ, ağır dərəcəli skolioz isə operativ yolla müalicə olunur.
Konservativ müalicə dedikdə müxtəlif ümumi gücləndirici müalicə, massaj, manual terapiya, xüsusi fiziki məşqlər və korsetterapiya nəzərdə tutulur. Korsetlə(xəstəyə xüsusi aparat geyindirilir) müalicə son dövrlər ən efekti müalicə hesab olunur.
Uşağın düzgün fiziki inkişafı – onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.Üzgüçülüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri də aradan qaldırır.

Onurğa Sütünunun Reabilitasiyası haqqında

Qamət – insan bədəninin, fizioloji inkişaf prosesində formalaşan adət etdiyi şaquli vəziyyətidir. Məhz bu dövrlərdə onurğa sütununun formalaşması baş verir, nəticədə qamətin düzgünlüyünü müəyyən edən sağlam əyriliklərin formalaşması baş verir. Bunlara daxildir:
təbii əyrilik (lordoz) istisna olmaqla, tamamilə düz onurğa;
qabağa yönəlmiş çənə;
kürəklərin, bel əyriliklərinin və çanağın kənarlarının tamamilə düz və simmetrik xəttləri.
Qamət pozuntusu – onurğa sütununun müxtəlif əyrilikləridir. Hər hansı əyriliyin olması müxtəlif xəstəliklərin mövcudluğundan xəbər verir. Qamət pozuntularından yumru və yastı bel, skolioz və bel büküklüyünü qeyd etmək olar. Yanlış qamət onurğa xəstəliklərinə səbəb ola və daxili orqanlarının işinin pozğunluqlarına gətirib çıxara bilər. Buna görə də qəribə deyil ki, düzgün qamət, bütün dövrlərdə möhkəm sağlamlıq və mükəmməl fiziki formanın göstəricisi hesab olunub. İnstitutda Sizin üçün, həm müəssisəmiz daxilində, həm də ev şəraitində yerinə yetirmək üçün prosedurlar və tapşırıqlardan ibarət fərdi proqram seçəcəklər.