TELEFON

(+99450) 500-65-15 (+99450) 500-65-25

İŞ SAATLARI

09:00-16:00

ÜNVAN

Nəsrəddin Tusi adına Klinika

Qalça osteoartriti zamanı fizioterapiya

Müalicə prinsipləri ümumi olaraq digər oynaqlarda inkişaf edən osteoartrit ilə eynidir.
Müalicədə əsas məqsəd, ağrının azaldılması, oynaq hərəkət açıqlığının qorunması və ya artırılması surətiylə həyat keyfiyyətinin düzəldilməyə çalışılmasıdır.
Osteoartrit müalicəsinin əsasları.
– Xəstənin vəziyyətinin, xəstə yaxınları və baxıcısı tərəfindən çox yaxşı başa düşülməsinin təmin edilməsi və xəstəyə necə kömək ola biləcəkləri mövzusunda məlumatlandırılması.
-Ağrı və digər simptomları nəzarət altına alaraq xəstədə meydana gətirdikləri risklərin qarşısının alınması.
-Uyğun reabilitasiya üsulları ilə funksional çatışmazlıq və handikapı minimal səviyyəyə endirmək.
Osteoartrit müalicəsində tətbiq olunan müalicə üsullarını 3 qrupa ayrılır:
1-Fizioterapiya və Reabilitasiya üsulları.
2-Dərman müalicəsi.
3-Cərrahi müdaxilə.
Fizioterapiya və Reabilitasiya üsulları:
1. Ağrı: İsti və soyuq tətbiqlər, akupunktur, TENS
2. Oynağın hərəkət açıqlığını qorumaq: Fleksiyon, ekstansiyon, rotasyon gərmə məşqləri, üzü üstə yatma
3. Əzələ zəifliyi və atrofiyası: İzometrik məşqlər (abduktor və kuadriseps)
4. Gündəlik həyat aktivliyi: Adaptive cihazlar, peşə və digər gündəlik fəaliyyətlərin düzgün icra olunmasının təmin edilməsi.

Artroz və artrit

Artrit və ya artroz oynaqların (eləcə də sümüklərin) xəstəliyi olub, qığırdaq toxumasının normal strukturunun zədələnməsi ilə müşayət olunur. Normal vəziyyətdə oynaq qığırdaqları lövhə şəklində oynağın üzərində yerləşir və oynaqların ağrısız, maneəsiz hərəkətinə kömək edir, onları «yeyilməkdən», sürtünmədən qoruyur. Xəstəlik inkişaf etdikcə onlar sürtünərək tədricən nazikləşir və bir müddət sonra oynaqların səthinin çılpaqlaşmasına səbəb olur. Oynaqlar deformasiyaya uğrayır, hərəkətlər də azalır və təbii ki, güclü ağrılarla müşayiət olunur.
Artrozların yaranma səbəblərinə görə 1-cili və 2-cili artrozlar ayırd edilir. 1-cili artrozlar zamanı oynaqlarda mübadilə proseslərinin pozulması genetik mənşəli olur.
2-cili artrozların əsas səbəbləri – sağlam oynaq qığırdağının zədələnməsi və ya həddindən artıq təzyiqə məruz qalmasıdır. Buna aşağıdakılar gətirib çıxara bilər:
həddindən artıq çəki; travmalar; oynaqların xroniki xəstəlikləri (artritlər); mübadilə pozğunluğu ilə bağlı olan xəstəliklər (məsələn, podaqra); endokrin pozğunluqlar (qalxanvari vəzin fəaliyyətinin zəifləməsi); oynaq qığırdağının anadangəlmə inkişaf pozğunluğu.
Artrozların ilkin əlamətləri – yüngül keçici ağrılar, hərəkətlər zamanı oynaqların mütəmadi olaraq şıqqıltısıdır. Bu mərhələdə aparılan profilaktika tədbirləri əksər hallarda xəstəliyin qarşısını almış olur. Səhərlər oynaqlarda yığışma hiss olunur ki, onlar sanki hərəkətsiz olurlar. Hərəkət etməyə başladıqda ağrı əmələ gəlir və daha da artır. Bir müddət sonra ağrılar zəifləyir və tamam keçib gedir. Lakin günün axırı hərəkət çətinləşir və oynaqlarda səhərkindən daha da şiddətli ağrılar baş verir. Tədbirlər görülməzsə, bu proses illərlə davam edir, daha da güclənir, daimiləşir, sutkalarla davam edir, hətta gecələr də keçmir.
Artroza daha çox məruz qalanlar kimlərdir?
-yaşlılar, doğuşdan sonrakı dövrdə qadınlar, klimakterik dövrdə qadınlar, tez-tez soyuqdəymə ilə xəstələnənlər (buna səbəb-immun sistemin zəifləməsidir).
Əgər artroz artıq baş vermişsə, nə kimi tədbirlər görmək olar?
-Oynaqlara verilən statik yük dinamik yüklə əvəz olunmalıdır
-Bədən çəkinizə diqqət yetirin, axşamlar yeməyin.
-Qida rasionuna daha çox balıqdan hazırlanmı yeməklər daxil edin, onun tərkibində qığırdaqlara və sümüklərə vacib olan maddələr vardır.
-Artroz çox hallarda osteoporozla müşayiət olunur ki, bu da sümüklərin sıxlığını zəiflədir. Ona görə də, tərkibində D vitamini, kalsium olan qidalar, məsələn, kəsmik, pendir, kərə yağı, süd, buğda artımları, cəfəri, şüyüt, qaraciyər qəbul edin.
-İmmunitetinizə qarşı laqeyd olmayın, hər hansı bir yoluxucu xəstəlik artrozların oyanmasına gətirib çıxara bilər.Onurğa sütunu, əllər və ayaqlar üçün xüsusi idman hərəkətləri edin.
Artrozdan əziyyət çəkənlər üçün xüsusi pəhriz varmı?
Oynaqların birinci düşməni duzdur. Ona görə də, həddindən artıq duzlu və kəskin qidalardan imtina edin.
Artroz zamani müalicələrlə yanaşı fizioterapiya olunması vacibdir

Əgər artroz artıq baş vermişsə nə kimi tədbirlər görmək olar?

-Oynaqlara verilən statik yük dinamik yüklə əvəz olunmalıdır, yəni ağır yük qaldırmaq əvəzinə idmanla məşğul olmaq məsləhət görülür, ağır yükü isə arabalı çantalardan istifadə edərək daşımaq olar.
-Bədən çəkinizə diqqət yetirin, axşamlar yeməyin.
-Qida rasionuna daha çox balıqdan hazırlanmış bulyon daxil edin, onun tərkibində qığırdaqlara və sümüklərə vacib olan maddələr vardır.
-Artroz çox hallarda osteoporozla müşayiət olunur ki, bu da sümüklərin sıxlığını zəiflədir. Ona görə də, tərkibində D vitamini, kalsium olan qidalar, məsələn, kəsmik, pendir, kərə yağı, süd, buğda artımları, cəfəri, şüyüt, qaraciyər qəbul edin.
-İmmunitetinizə qarşı laqeyd olmayın, hər hansı bir yoluxucu xəstəlik artrozların oyanmasına gətirib çıxara bilər. Səhər qəbul etdiyiniz su prosedurlarını kontrast duşla bitirin, imkan daxilində nəfəsliyi açıq qoyun. Onurğa sütunu, əllər və ayaqlar üçün xüsusi idman hərəkətləri edin.
Oynaqların birinci düşməni duzdur. Ona görə də, həddindən artıq duzlu və kəskin qidalardan imtina edin. Bəziləri tərkibində xolesterin çox olduğuna görə sümük bulyonlarını qəbul etmirlər. Lakin bunu neytrallaşdırmaq üçün bişənə yaxın bir qədər çiy tərəvəzlər və göyərti (pomidor, cəfəri və s.) əlavə etmək məsləhət görülür. Sümük və qığırdaq bulyonları artrozların müalicəsi üçün təbii dərmandır. Lakin yadda saxlamaq lazımdır ki, ürəyin işemik xəstəliyi, arterial hipertoniya, pankreatit, xolesistit kimi patologiyalarda əks göstərişdir.

Uşaqlarda barmaq ucu yerimə

Uşağın barmaq ucunda gəzməsi- heç bir daban təması olmadan uşağın barmaq ucunda gəzdiyi vəziyyətdir. Gəzdiyi dövründə daban təması və tam ayaq təması müşahidə edilmir. Normal inkişafda topuq təmasları; 3 yaşınada artıq bir daban təması olması gözlənilir.
Barmağın ucunda gəzmənin səbəbləri: serebral iflic, Duchenne əzələ distrofiyası, miyopatiya, neyropatiya, spinal disrafizm, autizm, idiyopatik.
İdeopatik ayaq ucu yerimək (idiopathic toe walking) neyroloji, ortopedik və ya psixiatrik xəstəliklər olmadan 3 yaşdan yuxarı olan uşaqların hələ barmaq ucunda yeriməsinə davam etməsidir. Uşaqlarda 7-24% arasında görülür. Araşdırmalarda 10-88%ində müsbət ailə tarixi var. Bəzi müəlliflər bunu normal yerimənin bir variantı kimi qəbul edirlər. İdiopatik barmaq ucu yerimə vərdişi kongenital qısa calcaneal və ya achill tendonla bağlı ola bilər.
Barmaq ucu yerimənin hansısa xəstəliklə bağlı olması zamanı bu xəstəliyin özünün digər əlamətləridə müşahidə olunur.
EMG tədqiqatları ilə patoloji proses aşkarlanır.
Müalicələrin hansının üstünlüyü barədə kifayət qədər sübut yoxdur.Konservativ müalicə başlanğıc dorsifleksiyonu 0 ° və yuxarı olan xəstələrdə müvəffəqiyyətlidir. Müalicə üsulları fiziki müalicə, korset, gipsləmə, botox, cərrahiyyədir.
Ayaq biləyi plantar flexor əzələlərinə isti tətbiqi,sonra yüngül gərmə və dorsifleksor əzələlərinə gücləndirmə məşqləri tətbiq oluna bilər. Fiziki müalicədən və korsetdən adekvat cavab alınmırsa, A.E.O məsləhət görülə bilər. Gastrocnemius və soleus əzələsinə Botox tətbiqi, post-botox gərmə məşqləri və korsetlər tətbiq edilə bilər.
Cərrahiyyə konservativ müalicənin uğursuzluğunda həyata keçirilir.

Bud sümüyü başının epifiziolizi

Uşaqlıq və yeniyetməlik dövründə bud-çanaq oynağında patoloji dəyişikliklərə rast gəlinir. Bunlar yeniyetməlikepifiziolizi ilə də əlaqədar ola bilər ( tədricən varus deformasiyasına gətirib çıxaran bud sümüyü boynunun paraepifizar hissəsinin distrofik dəyişikliyi). Ehtimal olunur ki, xəstəliyə endokrin sistemdə pozğunluq nəticəsində sümük toxumasının metobolizminin pozulması, məsələn böyrəküstü vəzin qabıq maddəsinin müxtəlif funksional pozğunluğu səbəb ola bilər. Epifiziolizə həmçinin cinsi və boy hormonlarının balansının pozulması da gətirib çıxarır. Bu xəstəlik 12-15 yaşarası dərialtı piy qatının hipertrofiyalaşmış və zəif muskulaturaya malik uşaqlarda inkişaf edir. Boy hormonunun yüksək aktivliyi bud sümüyünün proksimal böyümə zonasında sümüyün möhkəmliyini azaltmış olur.
Əksər hallarda epifizioliz hər iki bud-çanaq oynağını zədələmiş olur, az hallarda yalnız bir oynaq zədələnir. Xəstəlik, adətən, kiçik bir travma nəticəsində, bəzən isə heç bir səbəb olmadan meydana çıxır. Simptomları ilk olaraq qasıq nahiyəsində ağrı, az hallarda isə diz oynağında olan ağrıdır. Sonra oynağın hərəkətində məhdudiyyətlər yaranmağa başlayır: bud sümüyünün daxili rotasiyası məhdudlaşır, eyni vaxtda xarici rotasiyanın amplitudası artmış olur .Tədricən bud sümüyü xarici rotasiya vəziyyətində fiksə olub qalır. Epifiziolizə səbəb olan endokrin pozğunluqlar yanaşı olaraq, piylənmə, arterial təzyiqin yüksəlməsi, hipogenitalizm, dəridə striyaların (cırılmalar) yaranmasına səbəb olur.
Diaqnoz rentgenoloji müayinə əsasında qoyulur. Rentgenoloji müayinə uzun borulu sümüklərin kartikal qatın zəifləməsi zamanı meydana çıxan osteoporozu üzə çıxardır. Bununla yanaşı, osteoporoza uğramış paraepifizar hissədə osteosklerozlaşmış nahiyələrə də rast gəlinir və onlar növbələşirlər, ona görə də sümük rentgenoqrammada ləkəli şəkil alır.
Müalicə. Yeniyetməlik epifiziolozi vaxtında və professional həkimlərə müraciət etdikdə konservativ müalicəyə tabe olan bir xəstəlikdir. Vaxtında aşkara çıxarılmayan epifizioliz sonradan koksartroza gətirib çıxarır, ona görə də ağırlaşmalar baş verməmiş, xəstəliyi artıq ilk simptomlar üzə çıxdıqda müalicə etmək lazımdır.

Sever xəstəliyi

Sever xəstəliyi 8-15 yaşlı uşaqlarda müşahidə edilən topuq sümüyündə (kalkaneus) böyümə plaklarının qanla təhcizatının pozulması səbəbindən inkişaf edən ağrılı bir ayaq problemidir. Xəstəlik tullanma, ani qaçış və dayanma kimi fəaliyyətlər daxil olmaqla idman oynayan uşaqlarda daha çox olur. Xəstəlik ortopedik problemləri olan, məsələn, düz daban və ya yüksək daban kimi insanlar arasında yayılmışdır. Rentgen (x-ray) xəstəliyin diaqnozu üçün istifadə edilə bilər, lakin klinik müayinə adətən diaqnoz üçün kifayətdir.
Xəstəlik sürətli böyümə ilə əlaqələndirilir. Sümüklər sürətlə inkişaf edir,amma əzələlər və vətərlər sürətlə böyüyə bilmir, qısalaraq gərginhala gəlir. Bu gərginliklə Aşil vətərinin topuq sümüyünə (calcaneus sümüyünə) bağlandığı nöqtə iltihablanır və sümük çökməyə-aşınmağa başlayır.
Xəstəliyin başlıca simptomu ağrı və dabanın arxasındakı həssaslıqdır və fiziki fəaliyyət ağrıları artırır. Xüsusilə də daban arxasında basdırıldığında və ya daban yanlardan sıxıldıqda ağrı daha da güclü hiss edilir. Ağrılı sahədə şişlik ola bilər. Xəstəliyin digər bir simptomu, ayaqda azalmış hərəkət nəticəsində baldır əzələləri sərtləşməsidir.
Bundan əlavə;
-Xəstələr öz ayaqlarını qaldırmağa çalışarkən topuq hissəsində ağrı hiss edirlər
-Xəstə barmaq üstündə rahat gedərkən daban üstündə gəzməyə çalışarkən ağrı hiss edir.
Diaqnoz qoyulmuş xəstələrin əksəriyyətini xəstəliyin necə keçdiyi maraqlandırır. Bu problemin cavabı tətbiq ediləcək müalicə planına görə dəyişir. Sever xəstəliyinin müalicəsinin hədəfi əzələlərdə əsnəkliyin yaradılması, ağrı və iltihabı azaltmaqdır. Antiinflamatuar dərmanlar və ağrı kəsicilər ağrı və iltihabı azaltmaq üçün həkimlər tərəfindən təyin edilə bilər.
Əməliyyat və fiziki müalicə də sever xəstəliyinin müalicəsində əhəmiyyətli bir rol oynayır.
Sever xəstəliyinin təlimləri fizyoterapevtlər tərəfindən fiziki terapiya təlimlərində və ya bir fizyoterapevtin nəzarəti altında həyata keçirilir. Xəstələrə tətbiq olunan sever xəstəliyi məşqləri və fiziki müalicə tətbiqləri bunlardır:
-Baldır əzələsi gərmə məşqləri.
-Ayaq biləyi əzələlərinin qüvvətləndirmə məşqləri
-Ağrını azaltmaq üçün ağrılı bölgəyə masaj edin.
-Əzələləri rahatlaşdırmaq, əzələ gərginliyini azaltmaq üçün masaj.
Məşqlərin sonunda ağrıları azaltmaq üçün 12 dəqiqə buz tətbiq edilir.
Xəstəliyin keçmə müddəti fərdlərə, iltihab vəziyyətinə, ətrafdakı əzələlərin və vətərlərin xəstəlikdən nə qədər təsirləndiyinə və yaşa görə fərqlənir. Bir sözlə, xəstəliyin nə vaxt keçəcəyini dəqiq bir şəkildə söyləmək mümkün deyil!

Broxial pleksus yaralanmaları zamanı reabilitasiya

Broxial pleksus yaralanmaları, yeni doğulanlarda və uşaqlarda görülən, həyat boyu davam edən çox uzun müddət təqib və reabilitasiya tələb edən bir əzilmədir. Braoxial pleksus yaralanmaları sinir zədələnməsidir. Bu yaralanmaları çoxu doğum əsnasında çiyin və boyunda ki sıxışmalardan qaynaqlanır. Xüsusilə iri doğulan körpələrdə daha sıx görülür.
Ümumi olaraq ilk günlərdə spontan sağalma görülür. İlk 2 həftə bu xəstələrdə rom tətbiq olunmur, qol gövdə üzərində pozisyonlanır. Çimizdirdikdə və geyindirdikdə qolun hərəkətinə diqqət etmək lazımdır. Uşaq zədəli qol üzərinə yatızdırılmamalıdır.
Bu xəstələrdə müalicənin əsasını reabilitasiya təşkil edir. Müalicədə məqsəd sağlam əzələlərdə kontrakturaların meydana gəlməsinin qarşısını almaqdır. Başlanğıcda bazunun gövdəylə, saidin bazuyla 90 dərəcə bucaq edəcək şəkildə bandajlanması lazımdır. İlk 6 ay ərzində bu tətbiq edilir və uşaq davamlı nəzarət altında saxlanılır. Elektroterapiya tətbiq edilmir.
Broxial pleksus yaralanmalarında oynağın hərəkət aktivliyini qorumağa istiqamətlənmiş məşqlər çox əhəmiyyətlidir.
Müalicənin məqsədi sinirlərində zədələnmə olmuş əlin normal istifadəsi deyil. Ancaq sinirləri zədələnmiş əl və qolun qismən istifadə edilməsidir. Bunun üçündə uzun müddətli reabilitasiya proqramı tətbiq etmək lazımdır.
Üst braxial pleksus yaralanmalarının gedişatı çox daha yaxşıdır və 1-18 ay arasında yaxşılaşma görülür. Alt qisim yaralanmalarında və tam sinir qopmalarında bütün müalicələrə baxmayaraq ciddi şikəstliklər qalır.

Uşaqlarda duruş pozğunluqları

Uşaqlarda duruş pozğunluqlarını aradan qaldırmaq üçün bunları edin.
Davamlı oturmaqla bağlı duruş pozğunluqlarını aradan qaldırmaq üçün müxtəlif tövsiyələr aşağıda qeyd olunub;
-Uşaqların TV başında uzun müddət vaxt keçirmələrinə icazə verməyin, başqa fəaliyyətlərə istiqamətləndirin.
– Ürək-ağciyər sistemi, sümük və əzələləri gücləndirən, velosiped, üzgüçülük, gəzinti, qaçış kimi məşqlər etmələri üçün təşviq edin.
– İnkişaflarına uyğun olaraq məşq proqramları hazırlayın.
– Dərs oxuduqların və ya kompüter başında oturduqları masa, oturacaq boylarına uyğun olmalıdır. Ayakların yerə basmasına, diz səviyyəsinin omba səviyyəsindən bir az yüksək olmasına və çiyinlərin rahat mövqedə olmasına diqqət edin.
– Uşağınıza yetkinlik haqqında məlumat verin. Xüsusilə yetkinlik dövründə qız uşaqları bədən inkişaflarını saxlamaq üçün donqar durabilir və bu duruş uşağa yerləşib duruş pozuqluğuna səbəb ola bilir.
– Uşağınızın masa başında, kompüter başında saatlarla oturaraq vaxt keçirməsinə icazə verməyin arada qalxıb gəzməsini və oturarkən bəzi gərmə hərəkətlərini etməsini təşviq edin.
– Görmə zəifliyi də duruş pozuqluğuna səbəb ola bilər. Gözü zəif görən uşaq kompüteri və ya kitabı daha yaxşı görə bilmək üçün başını və boynunu olması lazım olduğu kimi tuta bilməyəcək və bu vəziyyətdə irəlidə duruş pozuqluğuna səbəb olacaq.
– Uşaqların kürək çantalarını çox çox doldurmamaya diqqət edin. Ağırlığın hər iki çiyində da bərabər dağılacağı çantaları seçin.
– Uşağınızın məktəb çantasını hazırlayarkən ağır və qalın kitabları bədənə yaxın, yüngül olanları uzaqda qalacaq şəkildə çantaya yerləşdirin.

Uşaq serebral iflici

Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir. Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflic irsi xəstəlik deyil və bilavasitə uşaq ölümünün səbəbi olmur, lakin ömrünün qısalmasına gətirib çıxara bilər.
Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.
Serebral iflicin yaranma səbəbləri
Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmamazlığının nəticəsi olur.
Lakin məlumdur ki, yeni doğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, adətən beynin zədələnməsinə səbəb olmur.
Hal-hazırda serebral iflicin səbəbləri aşağıdakılar hesab olunur:
1.Hamiləlik dövründə:
– Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes,
sitomeqalovirus, toksoplazmoz və s)
– Rezus konflikt
– Anada problemlər (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar,
anemiya,stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )
– Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)
– Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)
2. Döğuş zamanı:
– Dölün asfiksiyası
– Doğuş travması
– Vaxtından əvvəl doğuşlar
– Gec doguşlar
3. Doguşdan sonra
– İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarəti
– Beyin infeksiyaları
– Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı
– Beyin travmaları. Beyinə qansızma
– Məişət zəhərlənmələri
– Beyində şişlərin olması.
Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil
Serebral iflicin formaları
USİ-nin klassifikasiyası hərəkət pozğunluqlarının xarakterinə və zədələnmənin əhatə dairəsinə əsaslanır. Bu pozğunluqların aşağıdakı qrupları ayırd edilir:
– Spastiklik – əzələ tonusunun yüksəlməsi
– Monoplegiya – bir ətrafda təzahür olunan zədələnmə
– Hemiplegiya – bədənin birtərəfli zədələnməsi, əsasən bətndaxili olur, çox vaxt görmə, eşitmə, lamisə kimi funksiyaların və qavramanın pozulması da müşahidə olunur.
– Diplegiya – (Littl sindromu) – hər iki ətrafda,ya yuxarı, ya aşağı ətraflarda təzahür olunan zədələnmə; adətən aşağı ətraflarda daha çox təzahür edir.
– Tetraplegiya – yuxarı və aşağı ətrafların ağır iflici; bu uşaqların əksəriyyətində dərin əqli gerilik, epilepsiya və zəif görmə müşahidə olunur, ciddi inkişaf ləngiməsi ilə müşaiyət olunur.
70-80% hal tetraplegiya larda spastik formaya rast gəlinir.
Diskineziya – ətrafların, bədənin, üz əzələlərinin, dilin və udlağın qeyri-iradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı bu hərəkətlər müşahidə olunmur.
Ataksiya (atonik-astatik forma) – tez-tez yıxılma ilə müşayiət olunan muvazinətin pozulması
Qarışıq forma
Persepsiv (anlama) pozğunluqlar – çox zaman serebral iflic hissiyat orqanlarının funksiyasının pozulması ilə müşaiyət olunur. Görmə, eşitmə, lamisə vasitəsilə duyma qabiliyyəti normal olsa da, bu hisslərin düzgün izah etmə qabiliyyəti olmur. Belə uşaqlarda təhrif edilmiş qavrama qeyd olunur: məs. gözüyumlu vəziyyətdə onlar ətraflarını kontrol etməyi bacarmırlar, bədənlərinin ölçülərini, hüdüdlarını anlaya bilmirlər, şəkil ilə reallıqda olanı bənzətmək qabiliyyəti, əşyaların məkanda vəziyyətinin, onların arasında olan məsafənin və yerinin anlamasında çətinlik çəkirlər.
“ Serebral iflic uşağın hərəkətinə və bədən vəziyyətinə təsir göstərən və proqressivləşməyən bir haldır”
Serebral iflicə rast gəlmə tezliyi
İnkişaf etmiş ölkələrdə son 30-40 ildə serebral ifliclə doğulan uşaqların sayı praktiki olaraq dəyişməz olub. 1970-1980-cı illərdə bir qədər azalma qeyd olunsa da, hal-hazırda çoxalmaya tendensiya müşahidə olunur: 1000 yeni doğulmuş uşaqdan 2-5-də serebral iflic aşkarlanır.
Diaqnostika:
Laborator diaqnostikanın (qanın və sidiyin ümumi klinik analizləri) ancaq köməkçi vasitə kimi əhəmiyyəti var. Buna görə də USİ-nin profilaktikası məqsədilə hamilə qadınların müayinəsi və müşahidəsi ən vacibli tədbir hesab olunur.
Şübhə doğuran əlamətlər
Qidalanmada çətinlik
Oyanıqlıq ,əsəbilik
1,5 aylığında və daha sonra uşaq başını saxlaya bilmir
Hərəki bacarıqların inkişafında ləngimə
Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi
Oyuncaqlara tərəf dartinmaması (4 ayından sonra)
Müəyyən vaxt çərçivəsindəuşağın bir vəziyyətdə donub qalması və ya qeyri-iradi hərəkətlər etməsi
Ana ilə kontakta girməməsi, döşdən vaxtından əvvəl imtina etməsi
Bütün bunlar USİ-nin göstəricisi hesab oluna bilər .Uşaqda bu əlamətlər müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır !
Erkən diaqnoz
Spastik tetraplegiya
* 6 aylıgında yüksək əzələ tonusu, baş barmağın bükülməsi
* 1-2 ay sonra ayaqların çarpazlaşması
* 9 aylığında diffuz spastiklik və vətər reflekslərinin həddən artiq artması
Diskinetik USi

* 8 ayına qədər müəyyən olunmur
Ataksik USi

* gec müəyyən oluna bilir
Ümumilikdə USi-nin dəqiq diaqnozunun 10 aylığında qoyulması nəzərdə tutulur
Diaqnozun qoyulmasına kömək edir
– Hamilələiyin qeyri- normal keçməsi,doğuşun gedişi, neonatal period haqqında məlumatlar
– Bir sira xəstəliklər və travmaların olması
– Uşağın erkən şərtsiz reflekslərinin yoxlanması (məs:avtomatik yerimə,ovuc-agız refleksi)
Müalicə
Sözün əsl mənasında uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yeni doğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Körpənin beyni çox plastikdir və gərgin, davamlı Fizioterapiya ve Reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.
Erkən müdaxilə
Məqsəd:
– əlilliyin qarşısının alınması / əlillik dərəcəsinin azalması
– Multidissiplinar yanaşma – ən yaxşı effekt ancaq o zaman əldə etmək olar ki, fizioterapevt, pediatr, nevropatoloq, ortoped, oftalmoloq, pedaqoq, psixoloq, loqoped ve digər mütəxəssislər birgə çalışırlar.