TELEFON

(+99450) 500-65-15 (+99450) 500-65-25

İŞ SAATLARI

09:00-16:00

ÜNVAN

Nəsrəddin Tusi adına Klinika

Proprioseptiv Neyromuskulyar Fasilitasyon (PNF)

PNF texniklərinin məqsədi nəzərdə tutulan əzələ qrupları üçün asanlaşdırma, inhibə etmə, gücləndirmə və rahatlama yolu ilə funksional hərəkəti yaxşılaşdırmaqdır. Bu üsullar konsentrik, eksentrik və statik əzələ kontraksionlarını istifadə edir. Xəstənin ehtiyaclarına görə, əzələ kontraksionları müvafiq müqavimət və asanlaşdırma metodları ilə kombinə edilir.
Oynaq hərəkət bucağını artırmaq və yeni qazanılan bucaqda əzələləri gücləndirmək məqsədi daşıyır. Yığıl- rahatlaş kimi bir gəvşəmə texnikası, hərəkət bucağını artırmaq üçün istifadə olunur. Dəyişik dinamik və ya izotonik birləşmə kimi asanlaşdırma üsulları yeni alınan hərəkət növünün gücünü və nəzarətini artırmağa yönəlmişdir.

Gücləndirici təlimlər zamanı əzələ yorğunluğunu azaltmaq məqsədi daşıyır. Tərs (reversal) dinamik ya da izotonik kombinasiya kimi asanlaşdırma texnikası ilə yeni qazanılan hərəkət bucağındakı qüvvət və kontrolun artırılması hədəflənir. Gücləndirmə məşqləri əsnasında əzələ yorğunluğunu azaltmaq hədəflənir.
Təkrarlanan gərmə kimi qüvvətləndirmə texnikasının ardından tərs dinamika ilə(tərs yavaş) işləmiş əzələlərin yorğunluğu azaldılır. Təkrarlı gərmə texnikası əzələləri yormadan daha uzun müddət işləməsini təmin edir. Antagonist əzələlərin dəyişən kontrasiyaları bir əzələ qrupunda təkrarlanan məşqdən sonra yaranan yorğunluqları aradan qaldırır.

Range Of Motion (ROM) nədir?

ROM latınca Range Of Motion sözlərinin baş hərflərinin qısaldılmış halıdır. ROM oynaq hərəkət açıqlığını ifadə etməkdədir.
Həkim mənə ayaq biləyi əməliyyatı sonrası fiziki müalicəyə müraciət et dedi və oynaq hərəkət açıqlığı, rom məşqləri təklif etdi.Bəs ROM nədir tibb dilində?
Oynaq Hərəkət açıqlığı (ROM) müəyyən bir oynaq və ya bədən qisimi ətrafındakı hərəkət miqdarının səviyyəsidir. Adətən bir fizika müalicə qiymətləndirməsi zamanı və ya müalicə seyrində ölçülür. Fizyoterapevtlər müalicəni planlarkən və həkimlə rabitə halında olduqda aktiv rom, passiv rom yada aktiv oha, passiv oha ifadələrini istifadə edirlər.
Oynaq hərəkət açıqlığı, (rom) qonyometr adı verilən bir ölçü aləti istifadə edərək fizioterapevt tərəfindən qiymətləndirilir.
Oynaq hərəkət açıqlığı ölçülməsi ağrısız bir əməliyyatdır. ROM ölçümünün ağrılı ola biləcəyi vəziyyətlərdə cərrahi əməliyyat və ya yaralanma sonrasında ağrı adətən qısa davam edir və ölçüm əsnasında ortaya çıxır.
Ümumi olaraq, ölçülən üç növ oynaq hərəkət açıqlığı, ROM vardır.
Passiv (PROM) – passiv oynaq hərəkət açıqlığı
Aktiv-köməkçi – aktiv asistiv (yardımlı) oynaq hərəkət açıqlığı
Aktiv (Arom). – aktiv oynaq hərəkət açıqlığı
Passiv oynaq hərəkət açıqlığı.
Passiv oynaq hərəkəti ölçülməsi zamanı əzələlər istifadə edilmir. Fizioterapevt ölçü edərkən hərəkəti özü etdirir və son nöqtəyə qədər məcbur edir.
Passiv oynaq hərəkəti məşqləri üçün bəzən cihazda istifadə edilə bilər. Məsələn, diz əməliyyatından sonra, dizinizə hərəkət etdirmək üçün əzələlərinizi istifadə etməyə bilərsiniz. Fizyoterapevt ayağınızı passiv olaraq hərəkət etdirmək üçün açıb bağlaya bilər.
Passiv ROM adətən cərrahi əməliyyyat və ya zədə sonrası ilk yaxşılaşma mərhələsində istifadə edilir. İflic bədəninizin normal bir şəkildə hərəkət etməsini maneə törədirsə, kontrakturlar və ya dəri təzyiq yaralarını önləmək üçün passiv ROM da istifadə edilə bilər.
Aktiv asistif (yardımlı) oynaq hərəkət açıqlığı
Adətən yaralı bədən hissəsini hərəkət etdirilərkən adam hərəkət əsnasında özünə kömək etsə və ya fizyoterapevt hərəkətə kömək edərsə aktiv asistif oynaq hərəkəti ortaya çıxır. Aktiv asistiv oynaq hərəkəti məşqləri edilərkən adam bir dəsmal köməyiylə özünə dəstək ola bilər. Ayrıca kömək mexaniki bir cihaz və ya maşından da gələ bilər.
Aktiv asistiv oynaq hərəkətinə bir nümunə verəcək olsaq, çiyin rotator cuff cərrahiyəsindən sonra qolunuzu hərəkət etdirmənizə icazə verilə bilər, ancaq hərəkət əsnasında meydana gələ biləcək stress miqdarını azaltmaq üçün hərəkət əsnasında hərəkətə kömək etməniz, ya da bir başqasından kömək almanız lazım ola bilər. Aktif-yardımlı oynaq hərəkəti ümumi olaraq, bəzi yaxşılaşma meydana gəldiyində və əzələ gərildiyində, zədə və ya əməliyyat sonrasında istifadə edilir.
Aktiv oynaq hərəkət açıqlığı
Aktiv oynaq hərəkəti ölçülməsi zamanı hərəkətə kömək edilmədən adam hərəkəti öz əzələsi ilə edir. Fizyoterapevt ölçərkən hərəkəti təqib edir və son nöqtəsini qeyd edir. Aktiv oynaq hərəkəti məşqləri, zədə və ya əməliyyat sonrasında müstəqil olaraq hərəkət etməyə başladığınızda istifadə edilir.
Gücləndirmə məşqləri də aktiv ROM bir şəklidir.
Hansı hərəkət aralığının olduğunu və fiziki müalicədə necə istifadə edildiyini anlamaq, fiziki müalicənin gedişatı haqqında daha yaxşı məlumatlanızın olması üçün fizioterapevtinizlə daim əlaqəli işləyin!

Frozen shoulder

Donmuş çiyin sindromu (adgeziv kapsulit, Frozen shoulder ) çiyin oynağı kapsulunun və oynaq mayesi ifraz edən zarın diffuz pozğunluğu və iltihabı nəticəsində oynaq nahiyyəsində baş verən bir ağrı sindromudur.
Donmuş çiyin sindromunun simptomları
Frozen shoulder; şiddətli ağrı və çiyin oynağının məhdud hərəkəti ilə özünü göstərir. Ən kiçik bir hərəkətdə çiyin və qolda ani sancı şəklində ağrı var.
Hərəkət bucağı; xəstənin özünün qolunu hərəkət etdirməsi(aktiv hərəkətlər) və ya müayinə zamanı (passiv hərəkətlər) oynaq hərəkətini test etdirməklə təsbit edilir. Hər tərəfə hərəkətin müəyyən bir sərhəddi var, ondan o tərəfə hərəkət mümkün deyil. Frozen shoulder zamanı bu sərhədlərdə ağrı maximum olur.
Çiyin ağrısı gecələr də çox narahat edə bilər. Adam geyindikdə, saçlarının daradıqda, hər hansı bir əşyaya əlini uzatdıqda çətinlik çəkir. Bu narahatlıq bir neçə ay və ya il ərzində inkişaf edə bilər.
Frozen shoulder çiyin oynağı ilə əlaqəli olub güclü ağrı ilə müşahidə olunan, məsələn bursit və artroz nəticəsində inkişaf edə bilər. Çiyinlərimizdə ağrı olduğumuz zaman özümüzdən asılı olmayaraq çiyinimizi qoruyuruq. Lakin, çiyin oynağının uzun müddət immobilizasiyası yumşaq toxumalarda yapışmalara gətirib çıxarır və oynaq kapsulunun çəkilib qırışmasına səbəb olur.
Bu xəstəlik xroniki obstruktiv ağciyər xəstəliyi, miokard infarktı kimi hər hansı bir sistemik xəstəliyin nəticəsində yarana bilər. “Donmuş çiyin” sindromu diabetli xəstələrin hər beş nəfərindən birində rast gəlinir.
Donmuş çiyin sindromunun 3 mərhələdə gedişi aşağıdakı kimidir:
Faza 1 – Ağrılı mərhələ: 2-9 ay
Birincisi ağrı başlayır,hərəkətin pilləli məhdudiyyətini tədricən sərtlik təqib etməyə başlayır. Gecələr pisləşir.
Faza 2 – Tutulma mərhələsi: 4-12 ay
Ağrı tədricən azalır, lakin tutuqluq və hərəkətin məhdudlaşması davam edər və pisləşə bilər. Qolunuzu çölə döndürmək qeyri-mümkün ola bilər.
Faza 3 – Açılma mərhələsi: 1-3 il
Bu mərhələ ağrı, tutuqluq və hərəkət məhdudlaşmasının yavaş-yavaş azaldığı yaxşılaşma mərhələsidir.
Fizioterapiya frozen shoulder üçün ən effektiv müalicə metodudur.

Prostat xəstəlikləri və şok dalğa terapiyası

Prostat sidik kisəsinin ətrafındakı bütün yolları örtən, normalda 18-20 qr ağırlığında olan və doğuşdan etibarən bütün kişilərdə olan bir orqandır. Spermanın maye hissəsini verməyə cavabdehdir.
Kişinin cinsi həyat keyfiyyətinə təsir edən ən çox yayılmış sağlamlıq problemləri prostat xəstəlikləridır. Prostatın ən çox rastlanan 3 xəstəliyi aşağıdakılardır:
1. Prostatın xoş xassəli böyüməsi (BPH),
2. Prostat infeksiyaları (prostatit adlanan prostatın iltihabı),
3. Prostat xərçəngi
Adətən prostatın xoşxassəli hiperplaziyası 40 yaşdan sonra yaranır, 50 yaşdan sonra inkişaf etməyə başlayır.
Prostatit prostatın iltihabına verilən ümumi bir addır. Diaqnoz qoymaq çətindir. Ancaq ağrı şikayətləri çox açıqdır.
Prostat böyüməsi və ya xoş xassəli prostat böyüməsi isə, prostat vəzinin yavaşca böyüyərək sidik yolu üzərində təzyiqə səbəb olan təbii bir vəziyyətdir. Yaşa bağlı prostatik hiperplaziya, kişilərdə 50 yaşdan sonra bədəndə hormonal dəyişikliklər nəticəsində meydana gəlir.
Prostat yaşına bağlı böyümənin prostat xərçəngi ilə müqayisəsi çox vacibdir, onlardan 15 faizi birlikdə tapıla bilər.
ED1000 aşağı sıxlıqlı Şok Dalğa Müalicəsi, çox sıx görülən 3 qrup prostat xəstəliyinə yoldaşlıq edən sərtləşmə probleminə Dünyada İlk Dəfə Problemin ANA səbəbini müalicə edərək və ağrısız müalicə imkanı təklif edir. Ortaya çıxan sərtləşmə problemin şiddətinə görə tətbiq olunan 6-12-24 seanslık ED1000 müalicəsi ilə sərtləşmə problemində günümüzdə heç bir tibbi üsul ilə nail ola bilmədiyimiz alta yatan ANA PROBLEMİ müalicə edən, yan təsiri olmadan həll imkanı təmin etməkdədir.
ED1000 Müalicəsi, prostatın xoş xassəli böyüməsi və / və ya prostat xərçəngi əməliyyatı sonrasında ortaya çıxan sərtləşmə problemini dərmansız və yan təsirsiz olaraq müalicə etməsinə əlavə olaraq prostatın iltihabı xəstəliklərinə (prostatit) yoldaşlıq edən və hal-hazırda heç bir tibbi müalicə metoduna cavab verməyən pelvik ağrı şikayətlərini də müalicə edərək bu xəstələr üçün ilk dəfə bir ümid işığı olmuşdur.
Avropa Urologiya Birliyi ED1000 Şok Dalğa müalicəsində Sərtləşmə problemində 1 pilləli müalicə olaraq təklif etməkdədir.

Peyroni xəstəliyi və bu zaman fizioterapiya

Peyroni xəstəliyi toxumanın elastikliyinin itirilməsi və sərtləşmə nəticəsində ağrı və deformasiyaya gətirib çıxaran bir xəstəlikdir.
Xəstəliyin başlanğıcında sərtləşmə zamanı penisdə ağrı və yüngül əyrilik olur. Heç bir müalicə tətbiq edilmirsə bir müddət sonra ağrı azalır, ancaq penisdə əyrilik tədricən intensivləşir. Əyriliyin olduğu yerə toxunduqda sərt toxuma əllə hiss edilə bilər. Əyrilik çox artdıqda(30 dərəcədən çox), əlaqələr mümkün olmaya bilər. Zamanla sərtləşmə problemləri ortaya çıxa bilər. Bu vəziyyət də insanın ruh halına mənfi təsir göstərir.
Xəstəliyin iki növü vardır: kəskin və xroniki. Kəskin mərhələ xəstəliyinin ilk altı ayını əhatə edir və adətən ağrı ilə müşayiət olunur. Təxumada kalsiumun yığıldığı, ağrının olmadığı, əyriliyin olduğu dövr, kronik dövrdür.
Peyroni xəstəliyinin səbəblərini araşdırdıqda;
-Penisin travması.
-Penisə qarşı gücə salıcı hərəkətlərin edilməsi.
– Sərtləşmə müalicə üçün istifadə olunan iynə ilə penisin müalicəsi,
– Vakuum cihazının istifadəsi,
-Birləşdirci toxuma xəstəliyi.
Peyroni xəstəliyinin müalicəsində dərman müalicəsi, intra-lezyon dərman tətbiqi, peyroni lezyonuna tətbiq olunan şok dalğa müalicəsi variantları arasındadır.
Şok dalğa müalicəsində peyroni xəstəliyi zamanı fasilələrlə lezyon üzərinə şok dalğa tətbiq olunur. Xəstəliyin ağırlığından asılı olaraq doza və sıxlığı həkim tərəfindən seçilir. Burada məqsəd lezyonun azalması, ağrının azalması və əyriliyin düzəldilməsidir.
Bu müalicələrə baxmayaraq, cinsi əlaqə səviyyəsində yenədə bir əyrilik varsa, əməliyyat planlaşdırılır və əyrilik düzəldilməsi nəzərdə tutulur.

NASA (KOSMOS) TİBBİ TEKNOLOGİYASI VACUMED!

Damar tıxanıqlıqlarından qaynaqlanan aşağı ətraf amputasiyalarına(ayaq kəsilmələrinə) son…..
KOSMOS TİBBİ TEKNOLOGİYASI VACUMED “lower body negative pressure” MÜALİCƏSİ (fasiləli mənfi təzyiqli vakuum müalicəsi) ARTIQ BİZDƏ …
Vacumed aşağı ətraf və bədənin aşağı hissəsini dəstəkləyən “İKİNCİ ÜRƏK KİMİ İŞLƏYİR”. Ayağına doğru təmiz qanı çəkir və dərhal oksigeni azalmış və metobolit qalıqlarla çirklənmiş qanı və limfa mayesini ürəyə doğru pompalayır.
VACUMED bədənin aşağı hissəsi üçün nasos kimi işləyir. Fasiləli mənfi təzyiq (vakuum) və normal atmosfer təzyiqinin tətbiqi damarların genişlənməsinə və yeni damarların yaranmasına səbəb olur (neovaskulyarizasiya, kapillyarizasiya). Beləliklə, daha çox oksigen və qidalar toxumaya çatdırılır və çox faydalı nəticələr əldə edilir. Vakumed ilə fasilələrlə təzyiqin tətbiqi bir çox insanın gözlədiyi bir müalicə üsuludur…
Müxtəlif xəstəliklərdə Vacumedin təsiri.
VARİSKOZ MÜALİCƏSİ üçün- Vena damarlarından qan axınını sürətləndirmək üçün davamlı və aralıkla mənfi və müsbət təzyiq tətbiq edilir .
DİABETİK YARA – ƏZƏLƏ TOXUMASININ YAXŞILAŞMASI üçün- Arteriyalarda qan axınının sürətinin artması və toxumaların oksigenləşməsi artır.
LENF ÖDEM- Hüceyrələr arasında yığılan maye damar sisteminə yönləndirilərək ödemin kontrolu və əzələ yoröunluğunun ən əsas səbəbi olan süd turşunun atılımını təmin edir. (toxuma regenerasiyası) Xüsusilə, limfatik mayenin vena damar sisteminə drenə olması ilə .
Vacumed ilə fasiləli mənfi təzyiq tətbiqi ilə; müalicə etmək çətin olan qan dövranı xəstəliklərində tətbiq olunan yeni bir müalicə üsuludur.
Vacumedə göstərişlər
– Xronik venoz çatışmazlığının müalicəsi (varikoz müalicəsi)
– Venoz ulser (yara) müalicəsi
– Periferik arteriya xəstəlikləri (damar tıxanması)
– Qan dövranı pozuntularının qarşısını almaq üçün
– Diabetik ayaq və diabetik neyropatiyanın müalicəsi (ağrı, yanma, yara)
– Yarımçıq yaraların müalicəsi
– Limfoödemin müalicəsi
– Alt ətraflarda şişkinlik, qaşınma, tıxac
– Kırıkların və idman xəsarətlərinin müalicəsi və bərpası,
Posttrombotik sindrom (venoz trombozdan sonra)
– damar sərtliyindən yaranan erektil disfunksiya (kişi erektil disfunksiyası)
– Əməliyyatdan sonra toxuma bərpasının sürətləndirilməsi
– İdmanda regenerasiya və süd turşunun aradan qaldırılması.

VACUMED nədir?

Damar tıxanıqlıqlarından qaynaqlanan ayaq kəsilmələrinə son…..
NASA TİBBİ TEKNOLOGİYASI VACUMED “lower body negative pressure” MÜALİCƏSİ (fasiləli mənfi təzyiqli vakuum müalicəsi) ARTIQ BİZDƏ …
Vacumed aşağı ətraf və bədənin aşağı hissəsini dəstəkləyən “İKİNCİ ÜRƏK KİMİ İŞLƏYİR”. Ayağına doğru təmiz qanı çəkir və dərhal oksigeni azalmış və metobolit qalıqlarla çirklənmiş qanı və limfa mayesini ürəyə doğru pompalayır.
VACUMED bədənin aşağı hissəsi üçün nasos kimi işləyir. Fasiləli mənfi təzyiq (vakuum) və normal atmosfer təzyiqinin tətbiqi damarların genişlənməsinə və yeni damarların yaranmasına səbəb olur (neovaskulyarizasiya, kapillyarizasiya). Beləliklə, daha çox oksigen və qidalar toxumaya çatdırılır və çox faydalı nəticələr əldə edilir. Vakumed ilə fasilələrlə təzyiqin tətbiqi bir çox insanın gözlədiyi bir müalicə üsuludur…

Miasteniya xəstəliyi

Miasteniya xəstəliyi əksər hallarda 20-40 yaşlar arası insanlarda inkişaf edir. Qadınlarda bu xəstəliyə daha tez-tez təsadüf edilir.
Miasteniya sirli xəstəlikdir. Bu vaxta kimi onun inkişaf etmə səbəbləri və mexanizmi sona kimi öyrənilməyib. Bir çox hallarda xəstəlik güclü stress, soyuqdəymə xəstəliyindən sonra inkişaf etməyə başlayır. Lakin bəzən xəstəlik heç bir görünən səbəb olmadan inkişaf edə bilər.
Xəstəlik tədricən inkişaf edir – insan tez yorulur, zəifləyir, göz qapaqları aşağı düşür, nitq aydın olmur, insan çeynəyəndə və udanda əziyyət çəkir.
Miasteniya zamanı insan orqanizmində nə baş verir? İnsanın istənilən hərəkəti əzələlərlə sinirlərin kollektiv işidir – sinirlər əzələlərə impulslar ötürür, əzələlər isə lazım olan hərəkətlər edir. Miasteniya zamanı bu prosesdə pozulmalar yaranır ki, nəticədə əzələlər normal işləmir – tez yorulur, insana “qulaq asmır”, hətta iflic olur. Səhər oyanandan sonra xəstə özünü tam normal hiss edir, lakin bir neçə saatdan sonra xəstəliyin simptomları meydana çıxmağa başlayır.
Beləliklə, xəstəliyin əsas simptomu əzələ zəifliyidir. Xəstəlik zamanı istənilən əzələ zədələnə bilər. Daha tez-tez üz və boyun əzələləri zədələnir. Xəstəliyin simptomları arasında:
– patoloji yorğunluq
– ptoz (qöz qapaqlarının enməsi)
– ikiligörmə
– nitqin pozulması və burunda danışma
– udmanın çətinləşməsi və çeynəmə əzələlərin tez yorulması
– nəfəsalmanın çətinləşməsi (bu xüsusilə təhlükəlidir ki, insanın boğulma nəticəsində həlak olmasına səbəb ola bilər)
– boyun əzələlərin tez yorulması (insan başını düz tuta bilmir, əziyyət çəkir)
– ayaqlarda və qollarda zəiflik.
Bir insanda xəstəliyin bir neçə simptomu ola bilər (məsələn, nitqin, çeynəmə və udma proseslərin, nəfəsalmanın pozulması). Bu zədələnmiş əzələlərdə asılıdır. Miasteniya zamanı həmçinin bədənin bütün əzələləri zədələnə bilər.
Xəstəliyin simptomları gərginlikdən sonra meydana çıxır. Gərginlik artdıqda, xəstənin vəziyyəti daha da pisləşir. Misal üçün, danışmağa başlayanda insan bir az buruna danışır, lakin sözləri aydın tələffüz edir. Daha sonra ayrı-ayrı səsləri “udmağa” başlayır, sonra isə heç danışa bilmir. Bir müddət dincəldikdən sonra bu hal keçir.
Miasteniyanın ağır formalarında xəstədə kriz vəziyyəti inkişaf edə bilər ki, bu zaman nəfəsalmada iştirak edən əzələlər iflic ola bilər ki, bu da xəstənin həlak olmasına səbəb olacaq.
Miasteniya xroniki proqressivləşən xəstəlikdir. Müalicəsiz buraxılmış bu xəstəlik ağır pozulmalara – əlilliyə və hətta insanın ölümünə səbəb ola bilər. Lakin miasteniyanı tam müalicə etmək mümkün olmasa da, müəyyən müalicə tədbirləri bu xəstəliyin simptomları ilə uğurla mübarizə aparır. Belə xəstə daim həkimlərin nəzarətində olmalı və müalicə almalıdır. Bəzən cərrahi müalicə tətbiq olunur. Miasteniyanın müalicəsi ilə nevroloq məşğul olur.
Miasteniya xəstəliyi olan insanlara günün altında qaralmaq, ağır fiziki iş görmək, bəzi dərman preparatları (maqnezium preparatları, sidiqovucular, bəzi antibiotiklər və s.) qəbul etmək qəti sürətdə olmaz. Bu xəstənin vəziyyətinə mənfi təsir edəcək.

Servikal baş ağrısı

Xroniki baş ağrılarının 15-18%-i boyun (servikal) mənşəlidir. Bu ağrıların yaranma səbəbi boyunda olan əzələ və sümük sistemində olan disfunksiya ilə əlaqəlidir. Boyun mənşəli baş ağrılarının özünə məxsus xarakteristikasi vardir.
Ağrının xarakteri
Ağrınının bir tərəfli olması
Boyundan başlayaraq ənsə təpə alına doğru davam etməsi
Ağrının sıxıcı və ya küt xarakterdə olması
Boyun hərəkətiylə baş ağrısının artması
Isti və ya boyun bolgesinin masaj olunmasiyla ağrının azalması
Yuxarıda sadalanan simtomlardan ən azı ikisinin olmasi xəstənin lazımı mütəxəsisə müraciət etməsinin lazım olduğunu bildirir.
Müalicə zamanı aşağıdaki yöntəmlər istifadə olunur:
Yerli blokada
Fizioterapiya
Akupunktura
Masaj
Duruş pozuntusunun aradan qaldırılması
Idman
Qidalanma və dieta
Yuxu pozisiyasını doğru seçilməsi (daha ətraflı “boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə” bölməsində izah olunmuşdur.)
Gərilim Baş Ağrısı
Boyun problemi olan xəstələrdə digər rast gəlinən patalogiyalardan birisi gərlim tipli baş ağrısıdır. Gərilim tipli baş ağrısının yaranmasinda əsas iki nəzəriyyə mövcuddur.
Mərkəzi mənşəli
Periferik mənşəli
Mərkəzi mənşəlidə yaranma səbəbi beyində olan serotonin adli mediatorun çatmamazliğiyla əlaqədardir.
Periferik mənşəlidə isə boyun nahiyyəsində olan əzələ ,sümük sistemində olan disfunksiya ilə əlaqədardır. Belə ki,normalda vücudumuzdaki əzələlərin əksər hissəsi çalışmadığı zaman tamamən relaksasiya olur. Ancaq ‘ağırlıq qüvvəsi ilə əlaqədar yer çəkiminə qarşı müqavimət göstərən əzələlər’ olaraq bilinən və boyun əzələləri də daxil olmaqla bəzı əzələlər vücudumuzu dik vəziyyətdə tutmaq üçün daima çalışmaq məcburiyyətindədir. Gərilim tipli başa ağrisinin yaranma səbəblərindən birini araşdırmacı alimlər boyun əzələlərinin həddindən çox, doğru olmayan vəziyyətdə çalişaraq yorulmasiya əlaqələndirilər. İnsan hər hansı bir mövzu ilə əlaqədar narahat olduqda, stres yaşadıqda, kədərləndiyində əzələləri normadan daha çox sıxılmağa, yığılmağa, gərilməyə məruz qalır. Bu halda, əzələlərin başın arxa hissəsinə birləşdiyi yerdə gərginlik yaratmasına səbəb olur. Bununla əlaqədar olaraq əzələlərin yapışma yerləri həssas ve ağrılı hala gəlir. Ağrı çox şiddətləndiyində boyundan yuxarı başın arxa qisminə və önə alına doğru yayılır, hətta bəzən ağrının gözlərinin arxa hissəsində hissedildiyi söylənilir.
Gərilim Başağrısının Xarakteristikası
Baş ağrıları 30 dəqdən 7 günə qədər davam edir
Aşağıdaki simptomlardan ən azı ikisinin varlığı
Ikitərəfli lokalizasiyalı ağrı
Sıxıcı/küt xarakterli ağrı
Yüngül və ya orta intensivlikdə olmalı
Fiziki aktivlik ağrını artırmaz*(gəzmək,pilləkən qalxmaq)
Ürək bulanma və qusma müşahidə edilmir
Səs və işiq qiciqlandirma
Müalicə
Xüsusiylə, stres boyun əzələlərində gərilməyə səbəb olur ki, bu da boyun ağrısı və gərilim baş ağrısını meydana gətiri. Bu şəkildə yaranan ağrılarda yerli inyeksiyalar, relaksasiya edici idmanlar, fizioterapiya, masaj, antidepresant və əzələ relaksasiya edici dərmanlar faydalı olmaqdadırlar. (daha ətraflı “boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə” bölməsində izah olunmuşdur.)

Oturaq iş görənləri gözləyən təhlükə!

Mütəxəssislər oturaq işlə məşğul olanların gün ərzində sabit formada oturmamalarını, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzmələrini tövsiyə edirlər.
Dövrümüzün iş həyatında kompüter istifadəsinin artmasıyla yanaşı, mənfi iş şəraitilə əlaqədar olaraq oturaq işlə məşğul olanlar sağlamlıq problemlərilə qarşılaşırlar. Xüsusən saatlarla masa arxasında əyləşib işləyən insanlarda hərəkətsizliklə bağlı boyun və bel ağrılarının yarandığını bildirən manipulyasiya üzrə mütəxəssislər, müəyyən vaxtdan sonra əmələ gələn bu ağrıların getdikcə artaraq insanın dözməyəcəyi həddə çatdığını qeyd edirlər. Eyni formada kompüter qarşısında əyləşib işləyənlərdə bel və boyun əzələlərinin fəaliyyətsiz qaldığını vurğulayan ekspertlərə görə, bu da bel yırtığına səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin uzun müddət davam etməsi onurğada ciddi narahatlıqlar əmələ gətirir. Oturaq iş görənlər gün ərzində eyni formada əyləşməməli, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzməlidirlər.
Daim eyni vəziyyətdə kompüterə baxan insanların boyun hərəkətləri edərək yaranacaq xəstəliklərdən özlərini qorumaları mümkündür.
Bu formada daimi oturmalar və hərəkətsizlik, onurğa ətrafındakı əzələlərdə zəifləməyə, nəticədə boyunda düzləşməyə, həmçinin boyun və bel yırtıqlarına şərait yaradır. Gün ərzində hərəkətsizlikdən və daim eyni vəziyyətdə oturmaqdan irəli gələn ağrılar beldən ayağa keçdikdə bel yırtığı, boyundan qola və ələ keçdikdə boyun yırtığı ehtimalını özü ilə birlikdə gətirir.
Belə xəstəliklər zamanı dərhal bu sahənin mütəxəssisinə müraciət edilməlidir!