TELEFON

(+99450) 500-65-15 (+99450) 500-65-25

İŞ SAATLARI

09:00-16:00

ÜNVAN

Nəsrəddin Tusi adına Klinika

Hallux vargusun müalicəsi necə olur?

Bu xəstəlik, adətən, erkən yaşlarda çox yüngül şəkildə başlayır, zaman keçdikcə daha da ağırlaşır. Müəyyən bir bucağı keçdikdən sonra ​​xəstənin həyat keyfiyyətini aşağı salır. Ağrı olur və ayaqqabı geyinmək çətinləşir.
Əlamətləri bu xəstəliyin inkişafı ilə ortaya çıxır. Ən əhəmiyyətli şikayət xəstələrin həyat keyfiyyətlərini ciddi şəkildə azaltmasıdır.
Onlar çox asan hərəkət edə bilmirlər, gedə bilmirlər və düzgün idman edə bilmirlər. Ona görə də, gündəlik pəhrizləri müntəzəm olaraq qəbul etsələr də, onların gündəlik yandıracaqları kalori miqdarı azaldığı üçün kiloları artmağa başlayır.
Hallux vargusun müalicəsində 300-dən çox əməliyyat növü mövcuddur.Bütün əməliyyat növlərini 3 qrupa ayırmaq olar.
1.Yumşaq toxumalara tətbiq olunan əməliyyatlar.
2.Sümüklərə tətbiq olunan əməliyyatlar.
3.Kombinə olunmuş əməliyyatlar.
Bu xəstəliyin əməliyyatı dərəcəsinə və növünə görə dəyişir. Müalicənin uğurlu olması üçün Hallus Valgusun tipini və dərəcəsini təyin etmək və həkiminiz tərəfindən uyğun müalicə seçilməlidir.
Xəstəliyin müalicəsi əməliyyat olmadan mümkün deyil! Əməliyyat olmadan xəstənin şikayətlərini fizioterapevtik üsullarla azaltmaq üçün yalnız profilaktik tədbirlər görülür. Buda həyat keyfiyyətini yaxşılaşdırır.
Lakin tam müalicəyə sümüyü deformitəsini tam olaraq düzəldərək və təkrar etməmək üçün sümüyü yenidən forma verməklə nail olunur!

Cold Pack (Soyuq tətbiqi )

Cold Pack, travmatik zədələr nəticəsində erkən dövr də ağrı azaltmaq üçün, varsa qanamanı nəzarət altına almaq üçün istifadə edilən bir fizioterapiya istilik üsuludur.
Cold pack həm ucuzluğuna,həmdə istifadə rahatlığına görə gündəlik həyatda ən çox istifadə etdiyimiz müalicə agentlərindən biridir. Cold Pack birbaşa zədə nahiyyəsinə tətbiq edilir.
Soyuq tətbiq zamanı ən çox istifadə olunan maddələr; soyuq paketlər, buz paketləri və spreylərdir. Üçünün də təsir mexanizmi eynidir yalnız temperaturu ötürmə yolları fərqlidir. Fiziki müalicə tətbiqləri içərisində hot pack ilə birlikdə ən çox istifadə edilən fizika müalicə agenti cold packdır.
Soyuq tətbiqin fizioloji təsiri;
-ağrının azalması
-anti-inflamatuar təsiri
-ödemə nəzarət
-maddələr mübadiləsini yavaşladır
-əzələ spazmını azaldır.
Soyuq tətbiqi necə aparılır?
Soyuq tətbiq tətbiq olunacaq bölgəyə və şərtlərə görə müxtəlif yollarla edilə bilər. Soyuq tətbiq fizyoterapevt tərəfindən həyata keçirilir. İstifadə olunacaq agentlər fərqli ola bilər, amma təsir eynidır.
Soyuq paket (Cold pack) ən çox istifadə edilən soyuq tətbiq vasitəsidir. Təkrar tətbiq oluna bilməsi, tətbiqin asanlığı üstünlüyünün səbəbidir. Soyuq paketlərdə jel var. Soyuq qab yüngül nəmləndirilmiş dəsmal ilə bükülür və 10-15 dəqiqə tətbiq edilir. Həddindən artıq soyuq və soyuqlara qarşı tolerant olmayan insanların dərilərində soyuq yanmalarının olmamasını təmin etmək üçün tez-tez nəzarət edilməlidir.

Quadriceps gərmə necə edilir?

Funksional hərəkətlər üçün qısala bilən və qısala bilməyən yumşaq toxumaların və oynaqların hərəkəti lazımdır.
Quadriceps də funksional hərəkətlilikdə mühüm bir quruluşdur. Quadriceps əzələsi skeleti dəstəkləyərkən oynaqların hərəkət qabiliyyətinin düzgün icra etməsi üçün bəzən lazımi uzunluqda qısalması ,bəzən isə uzanması lazımdır.
Əgər Quadriceps əzələlərinin normal hərəkətinə maneə olarsa, yumşaq toxumalarda və oynaqlarda adaptiv qısaltma meydana gəlir, ağrı və güc itkisi fonunda rahatlığını və hərəkətini itirər. Quadriceps əzələsindəki bu qısalmanın qarşısını alınmalıdır. Quadriceps əzələsinin qısalması baş verərsə, quadriceps əzələsini lazımi uzanluğa gətirmək üçün Quadriceps gərmə məşqləri həyata keçirilməlidir.
Quadriceps gərmə hərərkətləri edərkən nəyə diqqət etmliyik?
-Gərməyə yavaş başlanmalıdır.
-Əvvəldən isinmə dövrü olmalıdır.
-Hərəkətlər tədricən irəliləməlidir.
-Başlanğıcda asanlıqla edilə bilən gərmə üsulu üstünlük təşkil etməlidir.
-Quadriceps əzələsi onun istirahətki uzunluğundan daha çox uzadılır.
-Quadriseps əzələsinin funksiyası necədirsə onun tam əksini pozaya alıb gərmə edilir.
-Quadriceps əzələsi gərilirkən gəriləcək bölgə mümkün qədər rahat buraxılmalıdır.
-Quadriceps əzələsini gərmək üçün tətbiq olunan güc ən azı 6 saniyadır.Təqribi 15-30 saniyə tətbiq edilə bilər.
-Quadriceps əzələlərini gərərkən tətbiq olunan qüvvə yumşaq toxuma ilə kifayət qədər gərginlik yaratmalı, ancaq ağrı və ya yaralanma olmamalıdır.
-Quadriceps əzələsini ani gərmək olmaz (davamlı, maksimal partlayıcı, yüksək intensivlikli)
Quadriceps əzələsi necə gərilir?
-Üzüstü mövqeyində uzanılır. Gəriləcək tərəf dir bükülü pozada, əl və ya dəsmalın köməyi ilə ayaq biləyindən çəkilərək gərmə icra edilir.
-Gərmə ediləcək tərəfdə yarım dizüstü pozada, əl və ya dəsmalın köməyi ilə ayaq biləyindən çəkilərək gərmə icra edilir.

Koksaljik (Ağrılı) gediş nədir?

Qalça oynağının ağrılı vəziyyətindən yaranan gedişlərə Koksaljik (Ağrılı) gediş deyilir.
Koksaljik (ağrılı) gedişlə gedərkən duruş mərhələsi əhəmiyyətli dərəcədə qısaldır.
Qalça oynağının kəskin iltihablı hadisələrində oynağın ən rahat mövqeyinə – fleksiyaya, abduksiyaya və xarici rotasiyaya gətirilir.
Diz oynağında bu vəziyyət kompensasiya məqsədi ilə fleksiyaya, ayaq biləyi oynağında plantar fleksiyaya səbəb olur.
Koksaljik (ağrılı) gediş zamanı ilk olaraq barmaqlar yerə təmas edər və duruş mərhələsi qısalır.
Xəstə tərəf ekstremitə sallanma mərhələsində olanda, pelvis sağlam qalça ətrafında dönərək xarici fırlanmadakı ətrafın sagital düzəlmə adaptasiyasını təmin edir.
Frontal düzəlmə ağrılı ətrafı yerdən qaldırmaq üçün qüvvətli pelvik elevasiya meydana gətirir.
Psoas əzələsinin absesi səbəbiylə yaranan Psoas yerişində, qalça oynağının ekstensionu məhduddur.
Lumbar lordozu artır, diz və kalça fleksionda, ayaq biləyi eyri mövqedə, bədən irəliyə bükülür.
Qalça oynağında abduksiya və xarici rotasiya olmadığı üçün yeriməkdə problem olmur.

Miopatiya

Miopatiya– əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur .
Patofiziologiyası
Əzələ hüceyrələrində tamlığın və metobolik prosesslərin pozulması genetik inkişaf anomaliyası , infeksiya, toksinlər, iltihab , horomonal və elektrolit balansının pozulması nəticəsində baş verə bilir.
Təsnifatı
Miopatiyalar iki böyük qrupa bölünür:
• Anadangəlmə miopatiyalar (muskular distrofiyalar, metobalik miopatiyalar, mitoxondrial miopatiyar)
• Qazanılmış miopatiyalar ( iltihabi , infeksiyon ,toksik, sistem xəstəliklərinə bağlı )
Iltihabi miopaiyalar
• Polimoizitlər
• Dermatomiozitlər
• əlavə cisimcikli miozitlər
Infeksiyon
• Virus infeksiyaları (İİV, influenza virusu, Epstein-Barr virusu)
• Bakterial piomiozitlər (Staphylococcus aureus və streptococci)
• Spiroxetlər (Laym xəstəliyi)
• Parazitik infeksiyalar
Toksik Miopatiyalar
• Dərmanlar (Steroidlər, xolesterin azaldan dərmanlar, Propofol, Amiodaron, kolxisin,Omeprazol, Triptofan)
• Toksinlər (Alkoqol, Toluin)
Sistem xəstəliklərlə bağlı miopatiyalar
• Endokrin xəstəliklər (Tiroid, Paratiroid, Pituitary ya adrenal disfunksiya)
• Sistem iltihabi xəstəliklər (Qırmızı qurd eşənəyi, Revmatoid artrit ,Sklerodermiya ,Şeqren sindromu, sarkoidoz ,qarışıq birləşdirici toxuma xəstəlikləri)
• Elektrolit disbalansı (kalium ya maqnezium anormallığı, hipofosfatemiya)
• Kritik xəstəlik miopatiyası
• Amiloid miopatiyası (birincilli amiloidoz, ailevi amiloidoz)

Revmatoid artrit zamanı fizioterapiya

Fizioterapiya və reabilitasiya sahəsinin əsas olaraq maraqlandığı sahələrdən biri də revmatizmal xəstəliklər və müalicələridir. Revmatoid artrit ən sıx görülən revmatizmal xəstəliklərdəndir. Revmatoid artrit xüsusilə oynaqları zədələdiyi üçün xəstələrin böyük əksəriyyətində çox güclü ağrı olur. İltihabi vəziyyətə bağlı olaraq oynaqlarda qalıcı zədələr meydana gəlir. Bu səbəbdən revmatoid artritli xəstələrdə fizioterapiya və reabilitasiya tətbiqləri oynaq zədələrinin qarşısının alınmasında və ağrıların azaldılmasında təsirlidir. Ayrıca xəstələrin dərman müalicəsinə olan ehtiyaclarının azaldılmasında, müalicənin gətirəcəyi yüklərdən qorunmalarına da yardım edir.
Ancaq revmatoid artritli xəstələrə fizioterapiya təklif edərkən diqqətli olmaq lazımdır. Çünki xəstəliyin vəziyyəti son dərəcə dəyişkən ola biləcəyi üçün hər fizioterapiya üsulunu hər mərhələdə tətbiq etmək mümkün deyil.
Səthi isti, dərin isti və soyuq tətbiqlər ilə ağrı kəsici axınlar ənənəvi fizioterapiya tətbiqləri arasındadır.
İsti tətbiqlər, revmatoid artritli xəstələrin kəskin dövrlərində faydadan daha çox zərər gətirir. Xəstəliyin kəskin dövründə ediləcək isti müalicələr xəstəliyin alovlanmasını artırır. Kəskin vəziyyətlərdə daha çox soyuq tətbiqlər məsləhətdir. Çünki soyuq tətbiqlər iltihabi vəziyyəti azaldaraq oynağı bir az olsun rahatlaşdırır. Bu səbəbdən ağrı da azalır.
İsti tətbiqləri isə xroniki hallarda, oynaq zədələrinin inkişafı və bu zaman ətraf yumşaq toxumalarda zədələnmə başladığı vəziyyətlərdə etmək lazımdır.
Fizioterapiya tətbiqləri içərisində iştirak edən digər təməl tətbiq isə analgezik axınlar deyilən ‘ağrı kəsici elektrik axınlarının. Bu üsul həm kəskin həm də xroniki dövrdə tətbiq olunur. Xüsusilə ağrını aradan qaldırmaq üçün istifadə edilən dərmanların həzm sisteminə və böyrəklərə əhəmiyyətli yan təsirləri vardır. Bu dərmanların dozlarının və yan təsirlərinin azaldılmasında fizioterapiya tətbiqləri faydalı olur.

Plantar fassit

Plantar fassitin əparıcı simptomu yeriməyə başlayarkən ayağın altında ağrının əmələ gəlməsidir. Plantar fassit böyüklərdə ayaq ağrısının ən geniş yayılmış səbəbidir. Plantar fassit daha çox 40-60 yaşlı kişi və qadınlarda müşahidə edilir. Lakin, qaçış idman növü ilə məşğul olan şəxslərdə plantar fassit daha erkən də müşahidə edilə bilər. Xəstələrin 1/3 hissəsində plantar fassit iki tərəfli olur.
Plantar fassiti olan xəstələrin bir qismində yanaşı daban şporları da olur. Daban şporları iltihaba cavab reaksiyası kimi yarana da bilər.
Plantar fassitin etiologiyası tam aydın deyildir, lakin prosesin çoxfaktorlu olduğu guman edilir. Plantar fassitin inkişafına şərait yaradan amillərə aşağıdakılar aid edilir: köklük (artıq çəki), uzun müddət durma və ya tullanma, yastı pəncə, topuq oynağında yuxarıya yığılmanın məhdudlaşması və daban şporları. Plantar fassit qaçışçılar arasında daha çox yayılmışdır. Guman edilir ki, bu təkrar baş verən mikrotravmalar səbəbindən baş verir. Qaçış idman növü ilə məşğul olanlar və ya ümumiyyətlə uzun müddət qaçışla məşğul olan şəxslərdə plantar fassitin inkişafı aşağıdakı risk faktorları ilə əlaqələndirilir:
-Həddən artıq intensiv məşq (xüsusilə də, buna öyrəşməmiş şəxslərdə),
-Uyğun olmayan qaçış idman ayaqqabılarından istifadə,
-Sərt səthi olan yollarda qaçış,
-Yastı pəncə (pes planus və ya topuqların pronasiyası),
-Topuqda dorsifleksiyanın məhdudlaşması (məs., Axill vətərinin qısalması),
-Pes cavus (ayaq qövsünün qalxması və ya baş pəncə)
Düzdür həmin risk faktorlarının plantar fassitin inkişafında rolu dəqiq müəyyən edilməyib.
Qeyd edilməlidir ki, qaçışçılarla yanaşı plantar fassit balet rəqqasları (rəqqasələri) arasında, habelə aerobik rəqslə məşğul olanlarda da geniş yayılmışdır. Əzələlərin yığılması və ya passiv dartılması səbəbindən Axil vətərinin stres altında olması plantar fassiyanın dartılmasının artmasına səbəb olur. Dizin açılmasının azalması ayağın pəncəsinə düşən yükün artmasına səbəb olur. Bu isə öz növbəsində daban fassiyasının artıq stresə məruz qoyur.
Plantar fassit adətən təcrid olunmuş bir problem kimi təzahür edir. Lakin, bəzi hallarda plantar fassit sistem revmatik xəstəlikləri, xüsusilə də, reaktiv artrit və spondiloartritlərdə da müşahidə edilir. Plantar fassit həm də fibromialgiyası olan və osteoporozun müalicəsi üçün ftordan istifadə edən xəstələrdə də müşahidə edilir.
Müalicədə bir çox alternativlər var.İlk mərhələdə sadə məşqlərdən ibarətdir.Ayaq ortezləri də məsləhətdir.Ağrı keçmirsə fizioterapiya,kortizon inyeksiyaları və dəstəkləyici ayaqqabılar tətbiq edilir.

Paget xəstəliyi

Paget xəstəliyi osteoporoz (sümük əriməsi) xəstəliyinin tam tərsidir. Bu xəstəliyə tutulan insanlarda əvvəlcə çox sümük dağılması meydana gəlir, bədən buna qarşılıq olaraq sümük istehsalını artırır. Ancaq artan bu sümük istehsalı nizamsız və həddindən artıq olduğu üçün yaranan sümük toxumaları osteporozda olduğu kimi zəif və kövrəkdir. Paget xəstəliyi bu istiqaməti ilə osteoporoza bənzəyir.
Azalan sümük toxumasının yerini birləşdirici toxuma tutur. Sıx bir damar şəbəkəsi ilə örtülü olan bu toxumaya kalsium duzları çökməsiylə yeni bir sümük toxuması meydana gəlir. Yeni yaranmış sümük toxuması normal quruluşunu itirmişdir və “Pagetli sümük” olaraq adlandırılır. Bunlarda əhəmiyyətli ölçüdə forma pozğunluğu ortaya çıxır.
Paget xəstəliyi olduqca nadir görülən və ümumiyyətlə 50 yaş üzəri fərdlərdə görülür.
Xəstəliyin ilk əlaməti sümük ağrısıdır. Kiçik travmalarla meydana gələn qırıqlar, oynaq ağrıları, sinirlərdə ağrı və kırığın gec sağalması isə daha sonralar ortaya çıxan şikayətlərdir. Ayrıca Paget xəstələrində inadçı baş ağrısı, baş gicəllənməsi, eşitmə itkisi, görmə pozuqluqları, əzələ gücsüzlüyü, danışma pozğunluğu və iflic kimi simptomlarla da ortaya çıxır.
Diaqnoz rentgen müayinəyə əsasən qoyulur.
Paget xəstəliyinin hələ müalicəsi yoxdur, ancaq xəstəliyin simptomlarını azaldıcı müalicə üsulları vardır.
Paget xəstələrinə fizioterapiya və reabilitasiya çərçivəsində fizioterapevt tərəfindən ağrıya istiqamətli fizioterapiya agentləri tətbiq olunur.

Miyofassial ağrı sindromlu xəstənin şikayətləri

Miyofassial ağrı sindromlu xəstələrdə əzələlərdə ağrı, tutuqluluq və həssasiyyətlə yanaşı sıxılma və yanma hissi vardır. Oynaq hərəkət həcmində az dərəcədə bir məhdudluq və yorğunluq vardır. Çox zaman xəstələr əzələ tutuqluluğundan deyil baş ağrısı, kürək ağrısı, boyun ağrısı, sinə ağrısı, bel ağrısı, radikulyar və çiyin ağrısı kimi dəyişik ağrılardan şikayət edirlər. Ağrılar yüngül və ya bəzən çox şiddətli ola bilir. Ağrı həyati vacib olmasada həyat keyfiyyətini olduqca aşağı salır. Xəstələr yorğunluq, soyuq hava, normadan artıq idman, emossional və ya fiziki gərginlik, virus infeksiyaları sonrası şikayətlərinin artdığını qeyd edirlər.Ancaq isti, masaj, əzələlərin yüngül gərilməsi və aeorobika zamanı şikayətlərinin azaldığını ifadə edərlər . Miyofassiyal ağrı əksər hallarda yuxu ritmini poza bilir.
Miyofassial ağrılarının diaqnozu üçün hər hansı bir test, rentgen, labarator əlamət yoxdur. Diaqnoz əsasən xəstənin ifadəsinə və həkimin müayinəsinə əsasən qoyulur.
Miyofassial ağrılarda müalicə olduqca çətindir. Səbəbi ortaya çıxartmaq hər zaman asan deyildir. Dərman müalicəsi adətən çox az işə yarayır. Bu zaman əsasən analgetiklər(ağrı kəsicilər), əzələ yumşaldıcı,antidepresantlar istifadəsi faydalı ola bilir. Fizioterapiya, akupunktura, manual terapiya, biofeedback, naftalan və isti yer altı qaynayan bulaq vannaları miofassial sindromlu xəstələr üçün çox effektivdir.

Bursit

Oynaq kisəsi iltihabına bursit deyilir. Oynağa çox güclü təzyiq olduqda baş verir.
Ümumi məlumat:
Bilmək lazımdır ki, istənilən hərəkət vətərlərin, bağların oynaq nahiyəsində bir-birinə nisbətən sürtünməsi ilə müşayiət olunur. Bu sürtünmə oynaqətrafı maye hesabına yumşaq olur. Bursit zamanı oynağa çox böyük güc düşür.
Səbəbləri:
Bursit oynaqətrafı boşluğun travması nəticəsində baş verə bilər. Məsələn, basketbol oynadıqdan sonra fiziki gərginlik bursitə səbəb ola bilər. Bursit ən çox çiyin oynaqlarında yaranır. Bu zaman ağrı çiynin arxa tərəfində hiss olunur, sonra dirsək, bud, diz, topuq, dabanarxası nahiyədə qeyd olunur.
Ən çox ağırlaşması infeksiyalaşmadır.
Simptomları:
-iltihab, oynaq nahiyəsində şişkinlik,
-hərəkətin məhdudlaşması,
-həmin nahiyədə dərinin qızarması və hərarətin qalxması.
Siz nə edə bilərsiniz:
Bu zaman çalışın oynağa sakitlik verin, iltihabı azaltmaq üçun iltihabəleyhinə dərmanlardan istifadə edə bilərsiniz. Əgər dirsək oynağı zədələnibsə həmin nahiyəyə elastik sarğı qoyun.
Soyuq və isti kompress növbə ilə qoyulduqda ağrını azaldır. Bu zaman oynağı yavaş-yavaş hərəkət etdirmək lazımdır.
Həkim nə edə bilər:
Həkim oynaq mayesini analiz üçün punksiya edir, xəstəni rentgenə göndərir. Oynağa tərpənməmək üçün şina qoyulur. İltihabı götürmək üçün iltihabəleyhinə, ağrıkəsici maddələr təyin olunur. Ağır hallarda zədələnmiş oynaq kisəsi cərrahi yolla aradan götürülür.