TELEFON

(+99450) 500-65-15 (+99450) 500-65-25

İŞ SAATLARI

09:00-16:00

ÜNVAN

Nəsrəddin Tusi adına Klinika

Ürək reabilitasiya və məqsədi

Ürək reabilitasiya; ürək narahatlığı olan fərdin fiziki, sosial, psixoloji və peşə baxımdan ən yaxşı funksional səviyyəyə çatması üçün edilən reabilitasiya işlərinin bütünü ürək reabilitasiya olaraq adlandırılır.
Ürək reabilitasiyası məqsədi Arteriosklerozun qarşısını almaq və azaltmaq, miokardın işemiyası, infarkt və ya ani ölüm riskini azaltmaq, Kardiovaskulyar funksiyanı və tutumu ən yüksək səviyyəyə çıxartmaq olaraq sıralana bilər. Ayrıca ürək reabilitasiyası məqsədləri;
-Məşq toleransını və gündəlik həyat fəaliyyətləri performansını ən yüksək səviyyəyə çıxartmaq
-Xəstə üçün idarəli və təhlükəsiz bir aerobika məşq proqramı hazırlamaq
-Təhlükəsiz fəaliyyət və iş üçün istiqamətləndirmə təmin etmək
-Tac damar xəstəliyinin risk faktorlarını nəzarət altına almaq
-Xəstənin stresslə baş edə bilməsinə köməkçi olmaq
-Enerji qənaəti və işi sadələşdirilməsi prinsiplərini öyrətmək
-Həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Qısaca ürək reabilitasiyasının məqsədi yaşama müddətini uzatmaq və həyat keyfiyyətini artırmaqdır. Ürək reabilitasiyası mütəxəssislər tərəfindən təyin olunaraq adama uyğun şəkildə tətbiq olunur!

Ürək rehabilitasiyası nə üçün edilir?

Kardial rehabilitasiya sizə daha aktiv ola bilməyinizi və daha güçlü bir ürəyə və daha sağlam olmanıza yol açır.Kardiyak rehabilitasiya özünüzü daha yaxşı hiss etməyinizə və gələcəkdəki ürək problemləri riskini azaltmağınıza kömək ola bilər.
-Miokard infarktı keçirən xəstələr miokard infarktı olmayanlara nisbətən daha çox infarkt riskinə məruz qalırlar. Bunun üçün ürək reabilitasiyası xəstənin yenidən infarkt keçirməsinə mane olur.
-Ürək çatışmazlığı xəstənin gündəlik həyatına mənfi təsir göstərir. Kardialoji rehabilitasiya xəstənin gündəlik həyatını asanlaşdırır.
-Kardialoji rehabilitasiya koranar arteriya olaraq bilinən arteriya damar xəstəliklərində tətbiq edilir və xəstənin ürək ritmi tənzimlənir və arteriyanın fəaliyyəti qorunur.
-Anginal ağrılar zamanı xəstənin hərəkətini məhdudlaşdıran səviyyədə ağrıya səbəb olur. Kardiyak rehabilitasiya ilə, bu ağrı azaltmaq olar.
-Bəzi ürək xəstəlikləri doğumdan, bəziləri isə sonradan gəlir. Anadangəlmə ürək xəstəliklərində ürək rehabilitasiyası da vacib bir rol oynayır.
-Ürək nəqlindən sonra xəstənin həyatının bəzi funksiyalarını yerinə yetirməkdə çətinliklər yaranır. Ürək reabilitasiyası ilə xəstənin həyatı asanlaşdırıla bilər.
-Ürək rehabilitasiya xəstənin gündəlik həyatını yaxşılaşdırır.
Ürək reabilitasiyasında hər xəstəyə xüsusi müalicə planı tətbiq edilir. Tətbiq edilən müalicə xəstəliyə, nəzərdə tutulan nəticəyə və xəstənin ümumi sağlamlığına bağlıdır.

Kardioloji reabilitasiyanın vacibliyi

Ürək xəstələri üçün ən böyük təhlükələrdən biri hərəkətsizlikdir. Ürəyin təbii dərmanı hərəkətdir.
Kardioloji rehabilitasiya ilə xəstələr fiziki, psixoloji və funksional olaraq ən üst səviyyəyə çıxarılır.
Əvvəllər infark ya da bypass keçirən xəstələr bir neçə ay davam edən yataq istirahəti verilirdi. Bu xəstələr keçirdikləri ürək xəstəliklərinin təkrar etməsindən qorxduqları üçün passiv və hərəkətsiz bir həyat seçirdilər. Bu hərəkətsizlik depressiyaya, özünə qapanmaya, sosial izolyasiyaya kimi xəstənin həyat keyfiyyətinə olduqca mənfi təsir edirdi, nəticələridə pisləşdirirdi. Lakin sonralar sübüt olunduki hərəkətlə ürək xəstəliklərində qorunmaq mümkündür və ağırlaşmaların qarşısı alınır. Bu sahədə aparılan elmi araşdırmalar sübut etdiki əsil təhlükə hərəkət deyil, hərəkətsizlikdir. Bundan sonra artıq ürək xəstəlikləri üçün xüsusi məşq proqramları hazırlandı.
Kardioloji rehabilitasiya ürək və damar xəstəliyi olan xəstələrin fiziki, psixoloji və iş görmə qabiliyyətinin maksimuma çatdırılması məqsədi ilə aparılır.Günümüzdə ürək əməliyyatlarından sonra da reabilitasiya edilir və vacib elementlərdən biridir.
Kontrollu bir şəkildə icra olunan məşq programı ürək xəstəliklərində müşahidə olunan şikayətləri gözlə görüləcək şəkildə yaxşılaşdırır. Kardiyaloji reabilitasiya proqramı ürək xəstəliyi olan xəstələri izolə olmaktan, sosial hayatdan qopmaqdan və aktivliklərinin azalmasından qoruyur.
Bunun köməyi ilə ürək xəstələri həyata təkrar qayıdır.
Ona görə də ürək xəstələri məşqlərdən qorxmamalı və bu tip proqramları icra etməlidir!

Ürək xəstəliklərindən sonra reabilitasiya

Ürək reabilitasiyası ürək xəstəsinin , stenokardiya , miokard infaktı ,ürək əməliyyatı və s. keçirmiş , bunun nəticəsində əmək qabiliyyətini itirmiş xəstələrin ən qısa müddətdə yaxşılaşmasını və normal həyata qayıtmasını təmin edən , həmçinin gələcəkdə ürək-damar xəstəliklərinin yaranma riskinin azaldılmasına , həyat keyfiyyətini və müddətini artırmağa yönəldilmiş həkim nəzarəti altında aparilan məşq proqramıdır.
Ürək reabilitasiyanina aid xəstə qrupu:
-Miokard infarktı
-Ürək çatışmazlıgı
-Hipertoniya
-Aritmiya
-Stenokardiya
-Dilatasion kardiomiopatiya
-Kardiostimulyar və İCD
-Bəzi anadangəlmə ürək qüsurları
-Açıq ürək əməliyyatı keçirmiş şəxslər
-Ürək köçürülməsi
-Qapaq cərrahiyyə əməliyyatı
-Anevrizma cərrahiyyə əməliyyatı
-Koronar balon angioplastikası
-Piylənmə
-Şəkərli diabet.
Ürək reabilitasiyası bütün yaş dövrlərində, o cümlədən yaşlı xəstələrdə müvəffəqiyyətlə tətbiq edilə bilər.
Ürək rebilitasiyasında məqsəd:
-Ürək əməliyyatından sonra normal həyata dönüş müddətini sürətləndirmək.
– Əzələ gücünü artırmaq.
-Döş qəfəsində ağrı və təngnəfəslik şikayətlərini azaldib, aradan götürmək.
-Yüksək təzyiq və yüksək xolesterinə nəzarət.
-İnfarkt keçirmə riskini və təkrar xəstəxanada yatma ehtimalını minimuma endirmək.
-Piylənmənin müalicəsi.
-Siqaret və stressə qarşı mübarizə.