TELEFON

(+99450) 500-65-15 (+99450) 500-65-25

İŞ SAATLARI

09:00-16:00

ÜNVAN

Nəsrəddin Tusi adına Klinika

Üz iflici zamanı reabilitasiya

Periferik üz iflici zamanı müalicənin nəticəsində qəti deyil və əvvəldən bilinmir.Bununla birlikdə uyğun bir müalicə ilə müvəffəqiyyətli nəticələnə bilər.Rastgəlmə tezliyinə görə qadın-kişi nisbəti təxmini olaraq eynidir.Ancak hamiləliyin üçüncü yarısında və doğum sonrası dövrdə qadınlarda nisbət artır. Xüsusilə 20-40 yaşları arasında daha çox rast gəlinir.
Fasiyal sinir müxtəlif səbəblərdən xəstələnə bilər.
-Travmatik: sümük qırıqları, mastoidektomiya , Parotis və kranium əməliyyatları zamanı.
-Tumoral: Serebral şişlər,Parotis şişlər.
-İltihab: Otitis media, mastoidit, herpes zoster və s.
İltihab səbəbi olaraq viral infeksiyalarda ola bilər. (Herpes simplex virusu).
Klinikasında tək tərəfli göz qapağını bağlaya və alnını qırışdıra bilməmək, ağızın sağlam tərəfə doğru sürüşməsi ilə xarakterizə olunur. Bundan əlavə qulaq arxasında ağrı, bağlanmayan gözdə göz yaşı artması və batma hissi olur.Dilin 2/3 ön qismində dad duyğusunda azalma və ağızda quruluq da görülə bilər.
Hadisələrin 80% ində 3-6 həftə içində yaxşılaşma olur.Diabetiklər və yaşlılarda yaxşılaşma ləngiyə bilər.
1.Dərman müalicəsi:
Asetil salisil turşusu və qeyri-steroid iltihab əleyhinə preparatlar ağrı və iltihabı azaltmaq məqsədiylə istifadə olunur.
2.Fizioterapiya və Reabilitasiya:
-Xəstə soyuqdan qorunmalı.
-Üz əzələlərinə,fizioterapevtik müalicə tətbiq edilməli.
-Çeynəmə məşqləri.
-Face Tapping məşqləri ilə güzgü və fərqinə varma təhsili.
-EMG Biofeedback .
3.Cərrahi müalicə:
4-6 ay içində yaxşılaşma görülməyən hadisələrdə fasiyal kanalda sinir dekompresyası və sinir anastomozlar fikirləşilə bilər.

Leave a Comment

(0 Comments)

Your email address will not be published. Required fields are marked *